Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışla QARABAĞ Bağışla Bizi!

Səsləndim Qarabağ Duymadı Məni,
Deyəsən Küsübdü cavab vermədi…
Bağışla Qarabağ Bağışla Bizi,
Vecinə olmamisan bizim millətin…

Pul Verib əsgərlikdən qaçan oğullar,
Atası məmur olan pullu “noğullar”..
Onların Yerinə gedər kasıblar
Bağışla Qarabağ bağışla bizi..

Ancaq Özəl günlərdə Xatırlanarsan,
Biz burda kef çəkərik, sən ağlayarsan.
Erməni vəhşiləri tapdayar səni,
Bağışla Qarabağ bağışla bizi…

Hər kəsə atmıram təbii ki, sözü,
Amma Atdıqlarım götürsün özü.
Əsgərlikdən qaçana demirlər “KİŞİ!”.
Bağışla Qarabağ bağışla bizi.


Tarix: 26.12.2014 / 16:27 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...