beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tanrı özün qoru bizi

Milyon illər bundan əvvəl
Əcdadımız bir daş atıb.
Yer kürəcin fırlanan daş
İndi gəlib yerə çatıb
Başımızı əyə-əyə,
Torpaq üstə düşüb bu daş,
Baş daşımız olub qardaş.
İnsan oğlu söylə görüm,
Nə düşünüb, nə yazırsn ?
Bu daşları nə yozursan ?
Ləngər vuran bu torpaqdan
Olmaya tarix yazırsan ?
Yazma qardaş, yaza-yaza,
Qaza-qaza yer kürəsin
Axır etdiz bizə məzar.
Vallah, indi ..Gor qazmaq da,
Daş atmaq da, olub azar
Babəklərə daş atmışıq,
Nəimiyə, Nəsimiyə
Dinsiz deyib daş atmışıq.
Bu daşlardan min bir tarix,
Min bir xəta yaratmışıq.
Ulu babam Xətai də
Zaman-zaman xəta yapıb.
Qardaşına-türk oğluna
Düşünmədən bir daş atıb.
Ona dəyib fırlanah daş
Böyük Turan torpağına
Zərbə vurub, ləkə salıb.
Qardaşına atdığı daş
Yüz illərlə yavaş-yavaş
Sünnü, şiə adı ilə xəta tapıb.
Tək bu deyil, hansın deyim ?
Zaman gəlib, Əlincədən
Türk oğluna- Teymura da
Daş atmışıq, daşlamışıq.
..Əmir Teymur.. əvəzinə,
..Topal Teymur.. deyə-deyə,
Ayağını biz basmışıq.
Ona atılan daşlardan
Biz qalalar yaratmışıq.
Böyük şəhərlər salmışıq.
Səmərqəndi yaratmışıq.
İllər kecib, daş atanı,
Baş tutanı unutmuşuq.
Sonra-sonra düşünmüşük…
Əmir Teymur bəs kim olub ?
Səmərqəndi bəs kim qurub ?
Zaman keçib biz yenə də
Başımıza döyə-döyə
Keçmişləri söə-söyə
Olanları unutmuşuq.
Sonra isə başımıza
Neçə yumruq biz vurmuşuq.
Zərbələrdən yer kürəsi
Ləngər vurub sağa, sola.
İtib mizan tərəzisi.
Daş da dəyib ora, bura.
İndi Araza baxıram.
Baxa-baxa ..Xan evi..nin
Tarixindən, Türkmənçayın
Düyünündən callanıram.
..Abbasabad qalası..nın,
Onun itən açarını.
Bir də dörd min döyüşçünün
Məzarını axtarıram.
Kalbalının tdığı daş
Düşmənə yox, bizə dəydi,
Belimizi yaman əydi.
Otuz milyon türk övladı
Ayrı düşdü qardaşından,
İki bölündü Arazım.
Bunun üçün Paskeviçə
Biz baş əydik, sağ ol dedik.
Bundan sonra gör bir nələr
Gəldi bizim başımıza.
Gözlərimiz görə-görə
Ermənilər ayaq açdı
Naxçıvna, İrəvana,
Dalısıc Qarabağa.
Min səkkiz yüz yirmi səkkiz
Oldu bizə qara yara.
Yenə də biz sağ ol dedik
Daş atıb bş tutanlara.
Saxta tarix yazanlara.
Heç onlar da unutmdı
Arazımın tarixini.
Gizlədilər Naxçıvnın
Türkmənçayın tarixini.
Sposibo ! – söyləyərək
Nikolayın paqonunu,
Əlavə də bir ..qızıl xaç..
Xanlarıma bəxş etdilər.
Xanlarımın sinəsindən
Asılan xaç həm ohların,
Həm də mənim boğazımda
Oldu yara, oldu tıxac.
Nələ bunlar azmış kimi.
Torpağımın xanı artdı.
Hüseyn xanın oğlanları-
Nikolay xan, Georgi xan,
Nikita xan, həm də Pyer
Bu torpağı tanımadan
Torpağımda vərəsəlik
Hüququnu qazandılar.
Xanlarımsa öz elindən,
Öz yurdundan sürgün olub,
Xain ! adın qazandılar.
Sən atılan bir daşa bax !..
Daha nələr oldu baxın.
Nikolayın ordusuyla,
Bəyazidə hücum çəkdik.
Rus, Erməni birləşərək,
Bəyazidə biz daş atdıq.
Söyləməyə dilim gəlmir,
Türk yurdunu Ruslara,
Ya Erməniyə bizmi satdıq ?
İndi hərdən düşünürəm-
Sinəmizdə ürək deyil,
Atılan daş qalıb bəlkə.
Bu ağrını de kim çəkə ?
Ulu Cavid hardan duyub,
Nəzmə çəkib bu misranı ?
..Dərdə bax, millətə bax,
Ülfıtə bax, ölülərdən,
ölülər feyz alacaq…
O vaxt atılan daşlardan
Biri də Cavidə dəydi.
Türk öğlunun şux qamətin,
Turanımın belin əydi.
Ona dəyən daş zərbəsi
Vətən, sənə, mənə dəydi.
Vallah indi mat qalmışam
Daş atana nə deyəsən,
Daş atandan nə yazasan ?
Bəlkə atılan daşlara
Öz sinəni sən verəsən,
Onsuz da sinəm daş olub.
Sinəmdəki o qara daş
İndi mənə ..sirdaş..olub.
Dilnm gəlmir, vallah deyəm,
Bu ..mahirlik.. hardan bizdə ?
Daş atmağı kim öyrətdi
Zaman-zaman axı bizə ?
Yoxsa elə Nuh babanın
Məzarına daş atandan
Mahirləşdik, Cahilləşdik ?
Daş atdıqca torpaq verdik,
Daş atdıqca torpaq yedik.
Nə dedilər onu verdik,
Nə verdilər onu yedik.
İndi torpaq daşsız qalıb,
Daş da yoxdur məzarlara
..Sinə daşı.. edəm. qoyam.
Hardan tapım o daşları ?
Onlar göydə fırlanırlar,
Hərlənirlər, hərdən də bir
Ovularaq başımıza,
Gözümüzə ələnirlər.
Göydə fırlanan o daşlar
Meteorid olub indi.
Dünya düşüb vəlvələyə…
İndi şərqə daş ələnir,
Minbərlərim toz olaraq,
Başımıza səpələnir.
Təbrizimə, Turanıma,
Qərbdən hədələr də gəlir.
Nə olacaq deyənmərəm,
Bircə onu bilirəm ki,
Göydə fırlanan o daşlar
Nə zamansa başımıza.
Belimizə düşəcəklər.
Tanrı özün qoru bizi
Göydə fırlanan daşlardan.
Bir də,bir də qoru bizi,
Daş tullayan..qardaşlardan..
Qoru bizi bölünməkdən,
Qoru bizi öyünməkdən,
Namərd daşıyla ölməkdən.

Tanrı özün qoru bizi !


Tarix: 26.12.2014 / 16:34 Müəllif: Aziza Baxılıb: 148 Bölmə: VƏTƏN ŞEİRLƏRİ