beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vətən sevgisi

Soyadım Səfərli,adımdır İlkin,
Savaşda zorluyam,bilikdə zəngin.
Atamdan alaraq həyat dərsini,
Öyrəndim çəkməyə vətən qeyrətin.
***
Sevirəm vətənin hər qarışını,
Günəşli yayını,qarlı qışını.
Yayın istisində təşnə söndürən,
Qonaqlı-qaralı bulaq başını.
***
Qəlbimə hakimdir vətən sevgisi,
şahdağın vüqarı,Göy-göl incisi.
Gülüstan çəməni,bağçası-bağı,
Çöllərin bəzəyi,hər növ bitkisi.


Tarix: 26.12.2014 / 16:59 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: VƏTƏN ŞEİRLƏRİ