beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qonaq gəl

Dağın döşündəki al-yaşıl meşə,
Köl dibində bitən şehli bənövşə,
Həyata can verən qızıl Günəşə,
Qonaq gəl deyir.

Zirvə ayağını sallayıb çaya,
Qartal harayını nəqş edib suya,
Çisəklər üzünü çevirib Aya,
Qonaq gəl deyir.
****
Dağlar vüqarından pay verib mənə,
Qayğısız körpələr çıxıb çəmənə,
Bizim gözəl yurda, ana Vətənə,
Qonaq gəl deyir.


Tarix: 26.12.2014 / 16:39 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: VƏTƏN ŞEİRLƏRİ