Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

VƏTƏN ŞEİRLƏRİAzərbaycan (Səməd Vurğun şeiri)

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xal ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…
Ölməz könül, ölməz əsər,
Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır.
Deyilən söz yadigardır. Ardı »

VƏTƏN ŞEİRLƏRİŞəhidlər şeiri

Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.

Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.

Arzusu göylərə , yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayan
ən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı , qardaş.

Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı ,qardaş,
Torpaq götürməsin bu qanı ,qardaş.

Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.

Bəlkə ana,bacı kitiyə , dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin Ardı »

VƏTƏN ŞEİRLƏRİAzərbaycan deyəndə

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.
“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şe’r-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan Ardı »

VƏTƏN ŞEİRLƏRİAzərbaycan şeiri

Əziz Azərbaycan, ey gözəl diyar,
Anamın mehriban qucağı sənsən.
Könül tərlan’ının uçub qonduğu,
Onun çox sevdiyi budağı sənsən.
Sənsən düşündüyüm sənsən andığım,
Mən bu dünyada arxalandığım.
Yetər alışdığım, yetər yandığım,
Şirin qəlbimin sorağı sənsən.
Qoy açsın könlümü sözlərim mənim,
Səndən nəcat umur gözlərim mənim.
Hələ əyilməyib dizlərim mənim,
Çünkü o dizlərin dayağı sənsən.
Desəmdə vurğunam divanə sanma,
Mən ki, öz oğlunam biganə sanma.
Bir şəmsiz, atəşsiz, pərvanə sanma,
Yandığım odların ocağı sənsən.
Qoy bilsin ey vətən bu alçaq yağı,
Solmaz baxçamızın yaşıl yarpağı.
Sən Babək yurdusan, Azər torpağı,
Aslanlar oylağı, Yatağı sənsən. Ardı »

VƏTƏN ŞEİRLƏRİVətən sevgisi

Soyadım Səfərli,adımdır İlkin,
Savaşda zorluyam,bilikdə zəngin.
Atamdan alaraq həyat dərsini,
Öyrəndim çəkməyə vətən qeyrətin.
***
Sevirəm vətənin hər qarışını,
Günəşli yayını,qarlı qışını.
Yayın istisində təşnə söndürən,
Qonaqlı-qaralı bulaq başını.
***
Qəlbimə hakimdir vətən sevgisi,
şahdağın vüqarı,Göy-göl incisi.
Gülüstan çəməni,bağçası-bağı,
Çöllərin bəzəyi,hər növ bitkisi. Ardı »

VƏTƏN ŞEİRLƏRİUlu Naxçıvan

Tarixlər görmüsən az deyil yaşın,
Keçmişdə bəlalar çəkibdir başın.
Nuhu görübdür torpağın-daşın,
Dahilər məskəni Ulu Naxçıvan

Bəzənib nə qəşəng yenə hər yanın
Açıbdır gül-çiçək bağın, bostanın,
Fərəh verir bizə bu gözəl anın,
Dahilər məskəni Ulu Naxçıvan.

Səni görən bilməz nə qəm, nə kədər,
Fərəhdən, nəşədən qəlbi sevinər.
Son yadigarındır Əliyev Heydər,
Dahilər məskəni Ulu Naxçıvan.

Səadət ulduzun göylərdə parlar,
Xeyirxah oğullar edər iftixar.
İlham Əliyev tək övladın var,
Dahilər məskanı Ulu Naxçıvan. Ardı »

VƏTƏN ŞEİRLƏRİQonaq gəl

Dağın döşündəki al-yaşıl meşə,
Köl dibində bitən şehli bənövşə,
Həyata can verən qızıl Günəşə,
Qonaq gəl deyir.

Zirvə ayağını sallayıb çaya,
Qartal harayını nəqş edib suya,
Çisəklər üzünü çevirib Aya,
Qonaq gəl deyir.
****
Dağlar vüqarından pay verib mənə,
Qayğısız körpələr çıxıb çəmənə,
Bizim gözəl yurda, ana Vətənə,
Qonaq gəl deyir. Ardı »

VƏTƏN ŞEİRLƏRİYurd bəxtimə para düşüb

Gündən-günə yaxınlaşır,
Bir ünvansız ölüm mənə.
Qayğılarım aşır, daşır,
Kömək olur dilim mənə.

Nəyim varsa baxtdan gəlir,
Haqq göndərib, haqdan gəlir,
Nə ağrı var, yoxdan gəlir,
Qahmar çıxır əlim mənə.

Yolum sazaq, qara düşüb,
Yurd bəxtimə para düşüb,
Vətən yaman dara düşüb,
Yaraşmır bu bölüm mənə.

Dağım girov, tarlam əsir,
Yurddaşlarım əsir-yesir,
Qar üşüdür, soyuq kəsir,
Yuva oub çölüm mənə.

Yada qalıb dövlət-varım,
Yeyib gəzir harın-harın,
Qışa dönüb ilk baharım,
Həsrət qalıb gülüm mənə.

Qalmayıbdır daha dözüm,
Öləziyir odum, közüm,
Mən neyləyim, canım, gözüm,
Zalım olub zalım mənə.

Hayqırmasan dağ oyanmaz,
Od tutmayan odda yanmaz,
Haqq söyləyən haqqı danmaz,
Kömək ola elim mənə. Ardı »