Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ulu Öndərim

Sən oldun xilaskarı şanlı Azərbaycanın,
Yaratdın təbəssümü üzündə hər insanın,
Vardır yüksək, bənzərsiz sevgi – məhəbbət sənə,
Könüllərdir məskənin, ürəklərdir ünvanın.

Unutmaz səni əsla millət, Ulu Öndərim!
Söylənilir ruhuna rəhmət, Ulu Öndərim!
Qəbrin dolsun nur ilə, qoy Uca Allahımız
Etsin ərmağan sənə cənnət, Ulu Öndərim!

Sən tək övlad doğmamış heç bir oğul anası,
Sənsən bu yer üzünün bir əvəzsiz dühası,
Qürur duyur isminlə, gözəl əməllərinlə
Nəinki xalqın sənin, qəhrəman türk dünyası.

Unutmaz səni əsla millət, Ulu Öndərim!
Söylənilir ruhuna rəhmət, Ulu Öndərim!
Qəbrin dolsun nur ilə, qoy Uca Allahımız
Etsin ərmağan sənə cənnət, Ulu Öndərim!

Mükəmməl yetişdirdin sadiq xələf İlhamı,
İlhamın Qarabağdır ən əsas arzu – kamı,
Verir firavan həyat xüsusi ləzzət bizə,
Ali Baş Komandana təşəkkür edir hamı.

Unutmaz səni əsla millət, Ulu Öndərim!
Söylənilir ruhuna rəhmət, Ulu Öndərim!
Qəbrin dolsun nur ilə, qoy Uca Allahımız
Etsin ərmağan sənə cənnət, Ulu Öndərim!


Tarix: 26.12.2014 / 16:58 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...