beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuq ziyafəti 2.
Toyuq ziyafəti 2.

MATERİAL SİYAHISI:

500 q. Toyuq qanad
500 q. Toyuq kəpənək
500 q. Toyuq рaket
2 diş sarımsaq
Duz
İstiot
Biberiye

RİŞTƏ ÜÇÜN:

2,5 su s.əriştə
2 şorba k. Kərə yağı
1 pomidor
2 diş sarımsaq
Reyhan
Su
Duz
Duru yağ

LƏVAZİMATLARI ÜÇÜN:

2 soğan
2 qırmızı istiot
2 kənd istiotu

İÇİ:

Toyuq qanadı, təbil çubuğu və kəpənək qismini qarışdırma qabına alırıq. Sarımsağı üstünə rəndələyirik. Duz, istiot və biberiye yarpağı atırıq. Zeytun yağı tökürük və qarışdırırıq. Yağlı kağız etdirdiyimiz soba xonçasına toyuq tikələrini düzürük. Cinsinə görə ayıraraq düzürük, çünki ən əvvəl kəpənək hissəsi, sonra baket sonra qanad hissəsi bişəcək. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Əriştə üçün, qazanda su qaynadırıq. Duzunu və zeytun yağını tökürük. Qaynayanda içinə əriştə atıb qaynadırıq. Riştə sosu üçün, pomidorları nazik doğrayırıq. Tavaya kərə yağını atırıq. İçinə pomidor, reyhan, sarımsaq, duz, istiot atırıq. Sos-umuz qaynayanda içinə əriştə atırıq və qarışdıraraq boşqaba düzürük. Kənarlara bişən toyuqları düzürük. Kənd biberi, qırmızı bibəri və xalqa doğranmış soğanı yağda yüngül qovururuq və əriştə üstünə tökərək servis edirik.


Tarix: 28.03.2015 / 16:11 Müəllif: Nurana Baxılıb: 115 Bölmə: Toyuq yeməkləri