beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sobada səbzəli toyiq
Sobada səbzəli toyiq

MATERİAL SİYAHISI:

1 bütün toyuq
1 kasa sarı balqabaq
1 dəstə qulançar
3 diş sarımsaq
Təzə biberiye
Zeytun yağı
Duz
İstiot

PLOV ÜÇÜN:

2,5 su stəkanı iri bolqar
2 xörək qaşığı kərə yağı
1 soğan
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı istiot abqora
Zeytun yağı
Duz
Su

İÇİ:

Bütün toyuğun içinə duz, istiot və biberiye yarpaqları qoyuruq. Soyuducu poketin içinə alırıq. Toyuğun üstünə də duz, istiot tökürük. Poketin ağzını klipslər bağlayırıq. Balaca sarı balqabaqları köndələn ikiyə kəsirik. Qulançarları ortadan ikiyə kəsirik. Bunları da bir qarışdırma qabına alırıq. Sarımsaqları doğrayıb içinə qatırıq. Duz, istiot, biberiye yarpağı qoyuruq, zeytun yağı tökürük. Qarışdırırıq və bu qarışığı da ayrı bir soba poketinəinə doldururuq. Soba poketinin ağzını bağlayırıq. Dolduran iki poketidə də soba xonçasına qoyuruq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Plov üçün, soğanı yeməli doğrayırıq. Qazana zeytun yağı tökürük və soğanı qoyub qovurmaya başlayırıq. Kərə yağını əlavə edirik. Tomat da qoyub qovururuq. Bolqarı da qoyuruq və qovurmaya davam edirik. Son olaraq isti suyunu axıdırıq, duzunu atırıq. Qapağını bağlayaraq bişməyə qoyuruq. Plov bişəndə boşqaba tökürük. Ortasına bişmiş olan bütün toyuğu qoyuruq. Kənarlara da digər poketdə hazırladığımız tərəvəzləri qoyaraq xidmət edirik. NOT: Soba poketindəki tərəvəzlər toyuqdan əvvəl bişdiyi üçün, sobadan daha əvvəl çıxarmalıyıq.


Tarix: 27.03.2015 / 00:36 Müəllif: Nurana Baxılıb: 134 Bölmə: Toyuq yeməkləri