beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahzadə toyuq qəlyanaltısı

Ərzaqlar

Toyuq – 1 ədəd

İçlik üçün:

Kərə yağı – 100 q

Zoğal – 100 q

Zirinc – 50 q

Sumax – 10 q

Qoz ləpəsi – 150 1

Lavaşana (şirin) – 1 ədəd

Kök – 1 ədəd

Yumurta – 1 ədəd

Şüyüd – ½ dəstə

Duz, istiot

Sous üçün:

Tomat – 2 x.q.

Mayonez – 2 x.q.

Duru yağ – 50 q


Hazırlanma qaydası
1.Toyuq sinə tərəfdən çərtilir, dizdən aşağı budlar və qanadlar qalmaq şərtilə dərisi soyulur və ətdən ayrılır.
2.Dəri qanad tərəfdən üzü aşağı istiqamətdə budlara qədər tikilir.
3.1-ci içliyi hazırlamaq üçün: baş soğan xırda doğranılır və kərə yağında qovrulur.
4.Qovrulan soğanın üzərinə əvvəlcə tumdan ayrılmış zoğal, sonra zirinc, sumax, sürtgəcin iri gözündən keçirilmiş qoz ləpəsi əlavə edilib yenidən qovrulur.
5.2-ci içliyi hazırlamaq üçün: toyuq əti sümükdən ayrılır və ətçəkən maşınından keçirilir. Toyuq farşına sürtgəcdən keçirilmiş kök, bişmiş yumurta, xırda doğranılmış şüyüd əlavə edilir. Duz və istiot səpilir.
6.1-ci içlik lavaşananın mərkəz hissəsinə qoyulub kələm dolması kimi bükülür.
7.Toyuq dərisinin içinə əvvəlcə bükülmüş lavaşana, daha sonra tədricən 2-ci içlik yerləşdirilir.
8.Sous hazırlamaq üçün: Duru yağ, tomat pastası və mayonez qarışdırılır.
9.Üzərinə sous gəzdirilmiş “şahzadə” toyuq yağlanmış soba listinə yerləşdirilib öncədən 180 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq. bişirilir.
10.Süfrəyə verilərkən “şahzadə” toyuq zoğalla bəzədilir.


Tarix: 18.12.2012 / 14:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 474 Bölmə: Toyuq yeməkləri