beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çölmədə toyuq ləvəngi

Ərzaqlar

Toyuq – 1 ədəd

Qoz ləpəsi – 200 q

Qırmızı soğan – 2 ədəd

Alça turşusu – 2 x.q.

Kərə yağı – 2 x.q.

Su – 1 st

Duz, istiot


Hazırlanma qaydası
1.Toyuğa duz, istiot vurulur, alça turşusu çəkilir.
2.Ləvəngini hazırlamaq üçün: Qoz və soğan ətçəkən maşınından keçirilir, soğanın acısı tənziflə sıxılır. Qoz və soğan qarışığına alça turşusu, duz və istiot əlavə edilib qarışdırılır.
3.Ləvəngi toyuğun içinə doldurulur, qazana yerləşdirilib üzərinə su, ləvənginin qalan hissəsi və kərə yağı əlavə olunur və vam odda yağa düşünəcən bişirilir.


Tarix: 18.12.2012 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Toyuq yeməkləri