beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göbələkli kartoflu toyuq
Göbələkli kartoflu toyuq

MATERİAL SİYAHISI:

1 kq toyuq budu
3 pomidor
1 soğan
2 diş sarımsaq
1 pk. Göbələk
1 şorba k. Kərə yağı
Zeytun yağı
Dəfnə yarpağı
Dənə istiot
Duz

ÜZƏRİ ÜÇÜN:

2 kartof
Cəfəri

İÇİ:

Tavaya zeytun yağı tökürük və quşbaşı doğranmış toyuq ətini qoyaraq qovurmaya başlayırıq. Soğanı və sarımsaqları yeməli doğrayırıq. Göbələkləri 4e bölürük. Toyuq, suyunu buraxıb çəkində soğan və sarımsağı qoyuruq. Bir az istiləşəndən sonra göbələyi əlavə edirik. Dəfnə yarpağını qoyuruq. Pomidorların qabığını soyub kiçik doğrayırıq. Toyuq, suyunu çəkəndə pomidoru əlavə edirik.

Bişirməyə davam edirik. Duzunu və dənə istiotu atırıq. Kartofları barmaqdan daha incə şəkildə doğrayırıq və duru yağda qızardırıq. Toyuq bişib, suyunu tamamilə çəkəndə boşqaba tökürük. Üstünə də qızarmış kartofu qoyuruq. Üstünə doğranmış cəfəri səpərək süfrəyə veririk.


Tarix: 27.03.2015 / 19:21 Müəllif: Nurana Baxılıb: 102 Bölmə: Toyuq yeməkləri