beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuq Kotleti

Ərzaqlar

Toyuq filesi – 500 q

Çörək – 200 q

Süd – 200 q

Yumru düyü – 300 q

Kərə yağı – 100 q

Çerri pomidoru – 2 ədəd

Xiyar – 1 ədəd

Suxarı

Duz


Hazırlanma qaydası

1. Toyuq filesi iri-iri doğranılır. Çörək süddə isladılır. Çörəyin südü sıxılıb toyuq əti ilə birlikdə ətçəkən maşınından keçirilir.

2. Farşın içinə bir az süd əlavə edilib əllə qarışdırılır.

3. Kotlet formasında düzəldilib suxarıya batırılır. 10-15 dəqiqə soyuducuda saxladıqdan sonra yağ tökülmüş tavada qızardılır.

4. Düyü qaynayan duzlu suda bişirilib süzülür.

5. Bişmiş düyü formayla boşqaba qoyulur, yanına kotletlər düzülür.

6. Çerri pomidoru və fal-fal doğranmış xiyarla bəzək verilir.


Tarix: 18.12.2012 / 14:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Toyuq yeməkləri