beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makaronlu kənd toyuqu
Makaronlu kənd toyuqu

MATERİAL SİYAHISI:

1 bütün kənd toyuğu
1 paket makaron
1 kasa pomidor qurusu
2 xörək qaşığı kərə yağı
Duz
İstiot
Zeytun yağı

İÇİ:

Kənd toyuğunu soba xonçasına qoyuruq. Üzərinə zeytun yağı tökürük. Duzunu atırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 2 saat qədər bişiririk.

Makaronu qaynayan suya qoyuruq. Duzunu və zeytun yağını tökürük. Makaron pörtəndə süzürük. Pomidor qurusunu doğrayırıq. Tavaya kərə yağını qoyuruq. Quru pomidorları qoyuruq və qovururuq

Boşqaba makaron tökürük. Meydana toyuğu oturduruq. Üstünə də pomidor qurusunu tökərək servis edirik


Tarix: 26.03.2015 / 20:25 Müəllif: Nurana Baxılıb: 71 Bölmə: Toyuq yeməkləri