Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuq qovurmalı əriştə
Toyuq qovurmalı əriştə

MATERİAL SİYAHISI:

600 q toyuq budu
1 soğan
3 diş sarımsaq
1 paket göbələk
1 kasa pomidor qurusu
1 kök gül kələmi
Zeytun yağı
Duz
İstiot

RİŞTƏ ÜÇÜN:

4 su stəkanı rənqli əriştə
2 xörək qaşığı kərə yağı
Duz
Su

İÇİ:

Toyuq budları quşbaşı doğrayırıq. Soğanı və sarımsaqları yeməli doğrayırıq. Böyük bir tavaya zeytun yağı tökürük. Tavaya əvvəl toyuqları qoyuruq və qovurmağ başlayırıq. Toyuq, suyunu qoyub çəkəndə soğan və sarımsağı əlavə edirik. Göbələkləri kub doğrayırıq. Göbələyi da əlavə edirik. Pomidor qurusunu doğrayıb əlavə edirik. Duzunu və qara bibəri qoyuruq. Toyuq sote-yimiz bişirəndə ocaqdan alırıq.

Qazanda su qaynadırıq. Duzunu və zeytun yağını tökürük. Əriştə əlavə edib bişiririk. Əriştə bişəndə süzürük. Ayrı bir qazanda təkrar su qaynadırıq və gül kələmi çiçəklərinə ayıraraq 3 dəqiqə qaynadırıq. Süzürük və dərhal soyuq suya tuturuq. Boşqaba əriştə tökürük. Üzərinə toyuq qovurmadını tökürük. Kənarlara da pörtmüş gül kələmi düzərək xidmət edirik.


Tarix: 26.03.2015 / 21:44 Müəllif: Nurana Baxılıb: 85 Bölmə: Toyuq yeməkləri
loading...