beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şabalıdlı çolpa qovurma

Ərzaqlar

Kənd çolpası – 1 ədəd

Kərə yağı – 150 q

Şabalıd – 250 q

Baş soğan – 4 ədəd

Zoğal qurusu – 100 q

Ərik qurusu – 100 q

Sarıkök

Duz, istiot


Hazırlanma qaydası
1.Çolpa parçalara bölünür, yuyulur və kərə yağı əlavə edilmiş tavada qovrulur.
2.Çolpanın üzərinə samanvari doğranılmış soğan əlavə olunub yenidən qovrulur.
3.Ərik qurusu samanvari və nazik doğranılıb qovrulan çolpanın üzərinə əlavə edilir.
4.Zoğal qurusu bir az isti suda saxlandıqdan sonra qovurmaya əlavə olunur.
5.Şabalıd çərtilir, duzlu suda pörtlədilir, qabığı çıxarılır və qovrulan çolpanın üzərinə əlavə edilir, sarıkök, duz, istiot vurulub yağa düşəndən sonra odun üzərindən götürülür.


Tarix: 18.12.2012 / 14:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Toyuq yeməkləri