MATERİAL SİYAHISI:
 
 2 toyuq döş əti
 1 şüşə meneral su
 1 çay stəkanı süd
 Duz
 İstiot
 
  Tabaka ucun
 
 2 yumurta
 Suxarı
 Un
 
 LƏVAZİMATLARI ÜÇÜN:
 
 5 kartof
 4 soğan
 Təzə rozmarin
 Duz
 İstiot
 Toz qırmızı istiot
 Zeytun yağı
 
 İÇİ:
 
 Südü və mineral suyunu düzbucaqlı şüşə soba qabına tökürük. Duzunu və qara bibəri qoyuruq. Toyuq döşləri əvvəl ortadan ikiyə kəsirik, sonradan dilimlənir.Toyuq ətlərini südlü sousa batırırıq və içində gözlədirik.
 
 Kartofları soyuruq və alma kəsiyi şəklində doğrayırıq. Böyük bir kasaya dilimlərə doğranmış kartofları qoyuruq. Üzərinə rozmarin yarpaqları səpirik. Duz, istiot, toz qırmızı istiot və zeytun yağı tökürük. Yaxşıca qarışdırırıq. Soba xonçasına yağlı kağız etdiririk. Üzərinə kartofları yayırıq. Soğanları soyub xalqa doğrayırıq və kartofları saldığımız kasaya qoyub qalan sousla qarışdırıb boşqaba qoyuruq. Əvvəldən isidilmiş 200 dərəcəlik sobada bişiririk. Toyuqları vaxt varsa, soyuducuda 3-4 saat saxlandıqdan sonra bir kasaya yumurtaları sındırıb çalırıq. Bir boşqaba suxarı unu bir qaba da un qoyuruq. Toyuq ətlərini sos çıxarıb əvvəlcə una, sonra yumurtaya, sonra da suxarı ununa tapırıq. İsinmiş duru yağda qızardırıq. Xovlu kağız üzərində görürük. Xidmət qabının kənarlarına kartofları düzürük. Ortasına da suxarılı toyuqları düzərək xidmət edirik.
Tarix: 27.03.2015 / 12:03 Müəllif: Nurana Baxılıb: 176 Bölmə: Toyuq yeməkləri