Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya Berlin Ürək Mərkəzi

Ümumi məlumat

Bu mərkəzin ilk təməl daşı 1983-cü ildə qoyulmuş və ilk əməliyyat 1986-cı ilin aprel ayında keçirilmişdir. Hal-hazırda DHZB-də 3000-ə yaxın açıq ürək əməliyyatı və 2 000-dən artıq digər ürək əməliyyatları olunur. Bundan əlavə 100-ə yaxın ürək və agciyər transplantasiyası və 500-dən çox anadangəlmə ürək çatışmamazlığının aradan qaldırılması üzrə əməliyyat keçirilir. Hər il mərkəzdən 8000 stasionar və 16000 ambulator xəstə keçir. 1 yanvar 2011-ci ilin statistikasına görə mərkəzdə 1700-dən çox ürək transplantasiyası edilib, onlardan 174-ü uşaqlarda transplantasiya olunub, və həmçinin 1668 süni ürək implantasiyası aparılıb, onlardan 135-i uşaqlara implantasiya olunub. Almaniya Berlin Ürək Mərkəzi ictimai qeyri-kommersiya fond xarakterli Vətəndaş Hüquqları Qürumudur (alm. Stiftung des Bürgerlichen Rechts).

Klinikanın direktoru bir çox beynəlxalq tibb müəssiələrinin fəxri həkimi olan professor Roland Hetzerdir. Fondun məqsədi – Almaniya səhiyyəsinin inkişafına tövhəsini vermək, həmçinin ürək cərrahiyyəsi və kardioloji xəstəliklər sahəsində diaqnostika və müalicəsini apararaq bu sahədə elmi tədqiqat işlərinə dəstək olmaqdır. Fondun idarə heyətinə Berlin Azad Universitetinin və Berlin Humboldt Universitetinin rektorları, Berlin şəhərinin səhiyyə məsələləri üzrə senatoru, elm və sənaye sahəsinin bir neçə tanınmış nümayəndələri daxildirlər. Fondun milli və beynəlxalq kardioloji mərkəzlər və elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri var. Fond ancaq ictimai-faydalı məqsədlərə yönəlib və qeyri-kommersiya təşkilatıdır. Almaniya Berlin Ürək Mərkəzi və Berlinin "Charite" klinikası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Berlin Ürək Mərkəzində Almaniyada ən çox sayda ürək transplantasiyası həyata keçirilir. Bu transplantasiya proqramı Paris və Londonda həyata keçirilən tranplantasiya proqramlarından sonra dünyada üçüncü ən böyük transplantasiya proqramıdır.Berlin Ürək Mərkəzi süni ürək və onun müxtəlif modifikasiyalarının inkişafı və tətbiqi üzrə dünyanın ən qabaqcıl mərkəzidir. Mərkəzdə 100 mütəxəssis-həkim daxil olmaqla 190 həkim çalışır, onlardan 11-i professor və 19-u privat-dosentdir. Mərkəzdə Azərbaycan və rusdilli həkim və orta tibbi personal çalışır.

Rusiyanın birinci prezidenti olmuş Boris Yeltsin və Gürcüstanın patriarxı II İlya mərkəzin pasientləri sirasındadırlar.

Mərkəz bir çox beynəlxalq tibb mərkəzləri ilə əməkdaşlıq edir.
Mərkəzin bölmələri

Ürək-damar və döş cərrahiyyəsi bölməsi.
Kardiologiya və daxili xəstəliklər bölməsi.
Anadangəlmə ürək çatışmamazlığı və uşağ kardioloqiyası bölməsi.
Anesteziologiya institutu.
Ambulator mərkəz.

Mərkəzin təchizatı

166 çarpayı (onlardan 49-u intensiv terapiya şöbəsində).
150 çarpayı "Paulinenkrankenhaus Berlin" hospitalında.
Planlaşdırılmış əməliyyatlar üçün 6 əməliyyat zalı və bir təcili və növbədənkənar əməliyyat zalı. Zalların biri endovaskulyar və hibrid əməliyyatların keçirilməsi üçün rentqen sistemi ilə təchiz olunmuşdur.
Əlavə olaraq “Paulinenkrankenhaus Berlin” hospitalında iki əməliyyat zalı.
Ürəyin kateterizasiyası, koronaro- və angiografiya üçün 3 laboratoriya. Laboratoriyalardan biri radiodalğalı və soyuq ablasiya üçün naviqasiya sistemi ilə təchiz edilmişdir.
1,5 və 3 Tesla gücündə iki maqnit-rezonans tomoqrafları.
Bir ədəd iki detektorlu (Double Source) 128-kəsici və ürəyin üç ölçülü şəklini göstərən kompüter tomoqrafı, hansıki kardioloji diaqnostikada, əməliyyatın planlaşdırılmasında və əməliyyatdan sonrakı nəzarət üçün istifadə olunur.
Transmiokardial lazer revaskulyarizasiya üçün cihaz.


Tarix: 10.07.2015 / 17:54 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Tibb
loading...