beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Bayramov

Ramiz Bəxtiyar oğlu Bayramov (21 fevral 1970-ci il, Zərkənd kəndi, Vardenis rayonu (Basarkeçər rayonu) Ermənistan SSR, SSRİ) — Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının professoru, tibb elmləri doktoru, qastrointestinal cərrah-onkoloq, Azərbaycan Tibb Universitetinin Onkololoji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri.
Həyatı

1986-cı ildə Ermənistan SSR Vardenis rayonu Zərkənd orta məktəbini əla qiymətlərlə bitirərək 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-1989-cu illdərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibb Universitetini Mustafa Topçubaşov adına təqaüdlə oxumuş və 1994-cü ildə qeyd edilən universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinaturanı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspiranturanı bitirmişdir.

2000-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2007-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dosent kimi fəaliyyət göstərmiş, 2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının torakoabdominal şöbəsinin rəhbəri və 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında professor vəzifəsində çalışır.

1996 -1997-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Hepatopankreatobiliar Cərrahiyyə Mərkəzində ixtisaslaşma, 2003-cü ildə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin Torakoabdominal şöbəsində ixtisaslaşma, 2013-cü idə İtaliyanın Roma şəhərində Università Cattolica del Sacro Cuore nəzdindəki A.Gemelli Hospitalında Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) mütəxəssislər üçün təşkil etdiyi "Üst Gastrointestinal Cərrahi Onkologiyada Minimal İnvaziv Cərrahiyyəyə" dair dərinləşdirilmiş ixtisaslaşma kursu, 2014-cü ildə Koreyanın Seul şəhərində Yonsei Universitetinin Yonsei Onkoloji Mərkəzində mədə xərçənginə görə laparoskopik və robotik cərrahiyyəyə dair tam ixtisaslaşma kursu, 2014-cü ildə Almaniyanın Köln Universitetində Visseral və Onkoloji Cərrahiyyə Mərkəzində qida borusu və kardioezofageal xərçəngin laparoskopik cərrahi müalicəsinə dair ixtisaslaşma keçmişdir.
Elmi və cərrahi fəaliyyəti

2000-ci ildə "Düz və çənbər bağırsaq karsinoidlərinin diaqnostikası, müalicəsi və proqnozu" mövzusunda tibb elmləri namizədliyinə iddia olunan dissertasiyasını, 2011-ci ildə "Mədəaltı vəzi xərçənginin müayinə və müalicə prinsiplərinin optimallaşdırılması" mövzusunda tibb elmləri doktorluğuna iddia olunan dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycanın, MDB ölkələrinin və Avropanın elmi-tibbi ədəbiyyatlarında mədə bağırsaq sisteminin xoş və bədxassəli şişlərinə həsr edilmiş 90-dan çox elmi əsərləri dərc edilmişdir. Müvafiq mütəxəsisilər və Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuş "Abdominal Onkologiya" kitabının həmmüəllifidir.

Bundan başqa, dəfələrlə ölkədaxili elmi konfranslara, MDB ölkələri onkoloqlarının və radioloqlarının IV qurultayına (Bakı, 2006), Türkdilli Ölkələr və Türk toplumlarının I Tibb Konqresinə (Bakı, 2011), Qastrointestinal Onkologiyaya dair ESMO-nun 14-cü Dünya Konqresinə (Barselona, İspanya, 2012), Qastrointestinal Onkologiyaya dair ESMO-nun 15-ci Dünya Konqresinə (Barselona, İspanya, 2013), Qastrointestinal Onkologiyaya dair ESMO-nun 16-cı Dünya Konqresinə (Barselona, İspanya, 2014) və ESSO-nun Cərrahi Onkologiyaya dair 34-cü Dünya Kongresinə (Liverpul, Böyük Britaniya, 2014) cıxış üçün dəvətlər almış və həzm sistemi üzvlərinin onkoloji xəstəliklərinin cərrahi müalicəsinə dair elmi məruzələr etmişdir. Bunlarla yanaşı, dəfələrlə MDB ölkələri onkoloq və radioloqlarının qurultaylarında, Qastrointestinal Onkologiyaya dair ESMO-nun 13-cü Dünya Konqresində (Barselona, İspanya, 2011), İntensiv Terapiyaya dair ESICM-in 25-ci Dünya Konqresində (Lissabon, Portuqaliya, 2012), İntensiv Terapiyaya dair ESICM-in 26-cı Dünya Konqresində (Paris, Fransa, 2013) iştirak etmişdir.

Cərrahi fəaliyyət sahəsinə qida borusunun, mədənin, qaraciyərin, öd yollarının, mədəaltı vəzin, onikibarmaq bağırsağın, nazik bağırsağın, yoğun və düz bağırsağın onkoloji xəstəliklərinə, peritonarxası sahə şişlərinə görə bütün radikal cərrahi əməliyyatlar daxildir. Pankreatoduodenal zona üzvlərinin şişlərinə görə aparılan radikal cərrahi əməliyyatlar olan pankreatoduodenal rezeksiya və papillosfinkterektomiya əməliyyatları respublikamızda ilk dəfə uğurlu və müntəzəm şəkildə Ramiz Bayramov tərəfindən icra edilmişdir.
Elmi yenilikləri

Qida borusu, mədə, mədəaltı vəzi, yoğun və düz bağırsaq xərçəngi olan xəstələrin radikal cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılmasına dair əldə etdiyi nailiyyətlər təkcə ölkədaxili deyil, Avropanın, Rusiyanın, Ukraynanın, Belarusiyanın, Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın aparıcı elmi-tibbi jurnallarında müntəzəm olaraq dərc edilmişdir. Onkologiyada bir sıra qaranlıq məqamlara aydınlıq gətirən erkən mədə xərçəngi proporsiyası effekti fenomenini irəli sürmüş və həmin ideyanın müəllifi kimi Qastrointestinal Onkologiyaya dair ESMO-nun 14-cü Dünya Konqresinə (Barselona, İspanya, 2012) və ESSO-nun Cərrahi Onkologiyaya dair 34-cü Dünya Kongresinə (Liverpul, Böyük Britaniya, 2014 ) məruzə etmək üçün dəvət edilmiş və qeyd edilən konqreslərdə göstərilən fenomenin elmi əhəmiyyətinə dair çıxışlar etmişdir., , , ,
Beynəlxalq elmi fəaliyyəti

Beynəlxalq elmi konqreslərdə çıxışlar etməklə yanaşı R.B.Bayramov Avropa Medikal Onkologiya Cəmiyyətinin (ESMO), Avropa Digestiv Onkologiya Cəmiyyətinin (ESDO), Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) tam hüquqlu üzvüdür. Rus, ingilis, ispan, alman dillərində sərbəst danışır.
Əsas elmi əsərləri

1. Р.Б.Байрамов. Комбинированная операция по Whipple с правосторонней гемиколонэктомией при раке ободочной кишки. Хирургия. Журнал им. Н.И. Пирогова, 2004, №1, стр. 54-55.
2. Р.Б.Байрамов. Влияние перкутанной билиарной декомпрессии на результаты радикальной операции при раке головки поджелудочной железы. Материалы III съезда онкологов стран СНГ, Минск, 2004, часть II, стр. 121.
3. Ə.T.Əmiraslanov, R.B.Bayramov. Abdominal Onkologiya. Baki, Təhsil nəşriyyatı, 2004, 320 səh.
4. R.B.Bayramov. Pankreatoduodenal zonanın bədxassəli şişlərinin radikal cərrahi müalicəsində 8-illik təcrübəmiz. Cərrahiyyə, 2005, N:2, s. 59-64.
5. R.B.Bayramov. Mədəaltı vəzi başının xərçənginə görə aparılan pankreatoduodenal rezeksiya əməliyyatının uzaq nəticələrinə təsir edən cərrahi amillər. Cərrahiyyə, 2005, N:4, s. 58-64.
6. R.B.Bayramov. Mexaniki sarılıqla ağırlaşmış mədəaltı vəzi başının xərçəngi zamanı biliodigestiv şuntlamanın yaxın və uzaq nəticələri. Azərbaycan Tibb Jurnalı, 2006, N:1, s. 9-12.
6. Р.Б.Байрамов. Влияние предоперационной билиарной декомпрессии на отдаленные результаты радикальной операции по поводу рака головки поджелудочной железы. Материалы IV съезда онкологов и радиологов СНГ. Баку, 2006; стр. 146.
7. R.B.Bayramov. Mədəaltı vəzi xərçənginin mexaniki sarılıqla ağırlaşması zamanı tətbiq edilən perkutan biliar drenləmənin yaxın nəticələri. Azərbaycan Tibb Jurnalı, 2006, N:2, s. 19-22.
8. R.B.Bayramov. Qonşu anatomik strukturlara sirayət etmiş mədəaltı vəzi xərçəngi zamanı agressiv cərrahi taktika özünü doğruldurmu? Cərrahiyyə, 2006, N:3, s. 50-53.
9. Р.Б.Байрамов, Дж.Р.Кязымзаде. 26 последовательных случаев резекции пищевода по поводу рака без послеоперационной летальности. Azərbaycan Onkologiya və Hematologiya Jurnalı, 2006, N:1, s. 35-37.
10. Р.Б.Байрамов. Наш опыт обследования, и лечения больных злокачественными новообразованиями панкреатодуоденальной зоны. Бюллетень Ассоциации Врачей Узбекистана, 2007, №1, стр. 75-78.
11. R.B.Bayramov. Qida borusu xərçənginin radikal cərrahi müalicəsində 35 xəstə üzərindəki təcrübəmiz. Cərrahiyyə, 2007, N:4, s. 35-40.
12.Р.Б.Байрамов, Р.Т.Абдуллаева. Результат патоцитологического анализа перитонеального смыва при резектабельном раке желудка. Материалы V-съезда онокологов и радиологов СНГ. Ташкент, 2008; стр. 70.
13. R.B.Bayramov.Vater məməciyinin T1 mərhələli xərçənginə görə papillosfinkterektomiya: 2 xəstə üzərində təcrübəmiz. Cərrahiyyə, 2009, N:1, s. 70-75.
14. R.B.Bayramov, R.T.Abdullayeva. Qaraciyərə sirayət etmiş mədə xərçənginə aparılan kombinə olunmuş radikal cərrahi əməliyyatların yaxın və uzaq nəticələri. Azərbaycan Tibb Jurnalı, 2009, N:1, s. 27-28.
15. R.B.Bayramov, R.T.Abdullayeva. Extended lymphodissection for gastric cancer and “stage migration” phenomenon: can immunohistochemical examination determine the stage more accurately? Experimental and Clinical Medicine, 2009; №5; pp 27-30.
16. R.B.Bayramov, R.T.Abdullayeva. Mədə xərçənginə görə aparılan genişləndirilmiş limfodisseksiyanın xəstələrin yaşama göstəricilərinə təsiri. Azərbaycan Tibb Jurnalı, 2009, N:3, s. 19-21.
17. R.B.Bayramov, R.T.Abdullayeva. Rezektabel mədə xərçənginə görə genişləndirilmiş limfodisseksiya: regional limfa düyünlərinin metastatik zədələnməsinin həqiqi tezliyi. Məruzələr, 2009, N:3, s. 114-121.
18. R.B.Bayramov, R.T.Abdullayeva. Mədə xərçəngi zamanı peritoneal mikrokarsinomatoz: tezliyi və radikal cərrahi müalicənin uzaq nəticələrinə təsiri. Azərbaycan Tibb Jurnalı, 2009, N:4, s. 22-24.
19. R.B.Bayramov, V.C.Mahmudov, R.T.Abdullayeva. Düz bağırsaq xərçənginə görə aparılan sfinkter qoruyucucərrahi əməliyyatın yaxın nəticələri. Cərrahiyyə, 2010, N:1, s. 59-62.
20. Р.Б.Байрамов. Задержка в оперожнении желудка после панкреатодуоденальной резекции и пути устранения ее последствий. Анналы хирургии, 2010; №2; с. 34-37.
21. Р.Б.Байрамов. Методы наложения анастомоза между культей поджелудочной железы мягкой консистенции и пищеварительным каналом при панкреатодуоденальной резекции. Клiнiчна хiрургiя, 2010; №4; с. 30-33.
22. Р.Б.Байрамов. Влияние билиарнай декомпрессии на отдаленные результаты панкреатодуоденальной резекции по поводу рака головки поджелудочной железы. Хирургия Узбекистана, 2010; №2; с. 7-9.
23. Р.Б.Байрамов. Наш опыт радикального лечения больных злокачественными новообразованиями панкреатодуоденальной зоны. Украинский журнал хирургии, 2010; №2; с. 159-162.
24. Р.Б.Байрамов, Р.Т.Абдуллаева. Расширенная лимфодиссекция при комбинированной хирургической операции по поводу Т4 рака желудка прорастающего в соседние органы: непосредственные и отдаленные результаты. Харківська хірургічна школа, 2010; №3; с. 67-71.
25. Р.Б.Байрамов, В.Дж.Махмудов. Рецидив рака прямой кишки после передней резекции. Материалы VI съезда онкологов и радиологов стран СНГ, Душанбе, 2010.
26. Р.Б.Байрамов, В.Дж.Махмудов. Несостоятельность анастомоза после передней резекции по поводу рака прямой кишки и пути устранения ее последствий. Врач-аспирант, 2011; №1 (44); стр. 10-15.
27. R.B.Bayramov, V.C.Mahmudov Düz bağırsaq xərçənginin radikal cərrahi müalicədən sonrakı lokal residivi: orqan-qoruyucu və Hartmann əməliyyatlarının nəticələrinin müqayisəli təhlili. Cərrahiyyə, 2011; №1; səh. 59-63.
28. R.B.Bayramov, R.T.Abdullayeva, V.C.Mahmudov. Classification of lymph nodes that can help choosing the optimal extent of lymph node dissection for gastric cancer. XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Gastroenterologiya kongresinin materialları. Bakı, 2011; səh: 42.
29. R.B.Bayramov, V.C.Mahmudov, R.T.Abdullayeva. Düz bağırsaq xərçənginə görə aparılmış ön və aşağı ön rezeksiyadan sonra inkişaf etmiş anastomoz tutmazlığının xəstələrin yaşama göstəricilərinə təsiri. Azərbaycan Onkologiya və Hematologiya jurnalı, 2011; №2, səh. 96-98.
30. R.B.Bayramov, V.C.Mahmudov. Düz bağirsaq xərçənginə ğörə aparılan düz bağırsağın ön rezeksiyasının uzaq nəticələrinin müqayisəli təhlili. Azərbaycan Onkologiya və Hematologiya jurnalı, 2012; №1, səh 66-69.
31. R.B.Bayramov, R.T.Abdullayeva. Proportion of early gastric cancer is indirectly correlated with survival after radical surgery for gastric cancer at any resectable stage. Annals of Oncology, 2012; vol 23; suppl 4: P-0019.
32. Р.Б.Байрамов, В.Дж.Махмудов. Параллели между АРС и MLH1 генными мутациями и некоторыми патоморфологическими параметрами. Материалы VII съезда онкологов и радиологов стран СНГ, Астана, 2012.
33. R.B.Bayramov, R.T.Abdullayeva. Long-term results following extended lymph node dissection for T4 cancer of the upper third of the stomach. Annals of Oncology, 2013; vol 24; suppl 4: P-0024.
34. Р.Б.Байрамов, Р.Т.Абдуллаева. Влияние частоты диагностики раннего рака желудка на показатели выживаемости больных после радикальной хирургической операции. Клінічна хірургія, 2013; № 6; стр.18-21.
35. R.B.Bayramov, R.T.Abdullayeva. Local recurrence rate following total gastrectomy by transabdominal approach for Siewert’s type II esopahgogastric junction adenocarcinoma. Annals of Oncology, 2014; vol 24; suppl 4: P-0017.
36. R.B.Bayramov, R.T.Abdullayeva. The impact of proportion of early gastric cancer on survival following radical surgery for T2-4gastric cancer. How relible factor is it? European Journal of Surgical Oncology; 2014; Vol 40 (11); S 22-23.


Tarix: 10.07.2015 / 15:47 Müəllif: Feriska Baxılıb: 253 Bölmə: Tibb