beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peridural anesteziya

Tarixi

1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir.
1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir.
1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy - iynəsi tətbiq edilməyə başlanılmışdır.
1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir.

Anatomiya
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa beyninin sərt qişası - lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası - lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası - lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası - lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə - lat. exomeninx və daxili səfhə - lat. endomeninx. Bunların arasında maye toplanmağa başlayır; mayenin təzyiqi nəticəsində onların arasında sahə - subdural boşluq - lat. cavum subdurale əmələ gəlir. Sonradan xarici səfhə iki qata ayrılır: xarici və daxili qat. Xarici qat kəllə boşluğunda - sümüküstlüyünü və onurğa kanalında - beynin sərt qişasının xarici səfhəsini, daxili qat isə kəllədə beynin sərt qişasının daxili səfhəsini və onurğa kanalındasərt qişanın özünü (lat. dura mater spinalis) təşkil edir. Xarici və daxili qatların arasında qalan sahəyə kəllədə sərt qişaarası boşluq - lat. cavum interdurale və onurğa kanalında sərt qişaüstü boşluq - lat. cavum epidurale deyilir. Embrional həyatın ikinci yarısında daxilisəfhə də iki qata ayrılır: xarici və daxili qat; xarici qatdan hörümçək torunabənzər qişa (lat. arachnoidea) və daxiliqatdan yumuşaq qişa (lat. pia mater) əmələ gəlir. Bu qişaların arasında sahə meydana çıxır; həmin sahəyə hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq - lat. cavum subarachnoidale deyilir. Yuxarıda qeyd olunan sahələrin hamısı limfa ilə tutulmuş olur.
Peridural anesteziyanın texniki aspektləri

Vena daxilinə infuziya, Manitorinq: EKQ, pulsoksimetriya, 5 dəqiqəlik fasilələrlə arterial təzyiqin ölçülməsi
Pasient əməliyyat masasına əyləşdirilir və ya yanı üstə uzadılır.
Sterillik ciddi gözlənilmək məqsədilə icraçı anesteyioloq baş örtüyü, maska, steril xalat və əlcək geyinməli, punksiya olunacaq dəri sahəsi (bel fəqərələri nahiyəsi) metodoloji olaraq dezinfeksiya edilərək steril materiallarla izolə olunmalıdır!
Peridural anesteziya: lumbal III/IV yaxud IV/V, torakal VII/VIII/IX/X fəqərəarası sahədən Tuohy iynəsi ilə punksiya "asılan damcı" və ya "müqavimətin itməsi" texnikası iləicra edilir. Peridural boşluq əldə edildikdən sonra bir dəfəlik yerli keyləşdirici məhlul yeridilir ya da uzun müddətli fasiləsiz məhlulu inyeksiya etmək üçün Tuohy iynəsinin mənfəzindən keçirməklə ora kateter yerləşdirilir. Adətən peridural anesteziya doğuşa kömək məqsədilə ağrı və sancıları aradan qaldırmaq məqsədilə tətbiq edilir. Bu zaman doğuşun sezar kəsiyi ilə bitirilməsi labüb olarsa peridural boşluğa qoyulmuş kateter vasitəsilə yerli keyləşdirici preparatın bir qədər artıq %-li məhlulu yeridilərək spinal anesteziyanın effektini əldə etmək mümkündür.

Fəsadları

Punksiya yerinin infeksiyalaşması
Yerli keyləşdiricinin damar daxili inyeksiyası
Hemodinamik problemlər: hipotoniya, bradikardiya
Ürəkbulanma
Baş ağrıları
Sidikburaxmanın pozulması
Uğursuz travmatik punksion cəhdlər nəticəsində ağrılar
Xüsusən torakal peridural anesteziyada onurğa beyninin zədələnməsi; hemiparezlər ya köndələn iflic
Aseptik meningit, araxnoidit, lat. Cauda-equina-syndrom, epidural abses, mielit
Total spinal anesteziya
Allergik reaksiya; anafilaktik şok


Tarix: 10.07.2015 / 15:31 Müəllif: Feriska Baxılıb: 172 Bölmə: Tibb