Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

TibbSüni ürək

Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü.
JARVIK-7, süni ürək modeli
Tədqiqat proyekti süni ürək, Vilhelm-Pik-Universiteti, Rostok

Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10-15 il müddətinə qulluq edə bilirlər.
Sistem

Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını Ardı »

TibbElektrokardiostimulyator

Elektrokardiostimulyator (EKS) (süni ritm tənzimləyicisi (SRT)) ürək ritmini tənzimləmək üçün tibbi cihaz. Bradikardiyalı, atrioventrikulyar blokadalı, zəif sinus düyünlü xəstələrin ürək vurğularının nizamlanması üçün istifadə edilir. Ardı »

TibbQavril İlizarov

Həyatı

Qavril Abramoviç İlizarov 15 iyun 1921-ci ildə Polşada (indiki Belarusiya ərazisində) yəhudi ailəsində dünyaya gəlmişdir. Doğulandan sonra ailəsi Azərbaycanın Qusar rayonuna köçmüşdür.

1979-cu ildə Lenin mükafatı laureatı olmuşdur. 1981-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur. 1990-larda ABŞ-a səyahət etmişdir. 71 yaşında, 1992-ci il 24 iyulda ürək tutmasından vəfat etmişdir.
İxtiraları

İlizarov aparatını ixtira etmişdir.

Mükafatları

Flag of the Soviet Union.svg Lenin mükafatı laureatı (1979)
Flag of the Soviet Union.svg Sosialist Əməyi qəhrəmanı (1981) Ardı »

TibbCəmil Əliyev

Cəmil Əliyev – tibb elmləri doktoru, professor, əməkdar elm xadimi (2000), Respublika Milli Onkologiya Mərkəzinin direktoru, Rusiya TEA-nın və Azərbaycan MEA-nın akademiki
Həyatı

Əliyev Cəmil Əziz oğlu 1946-cı il martın 30-da Bakıda doğulub. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib. Tibb elmləri doktoru, professordur. 2001-ci ildən Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

C.Əliyev həmçinin Nyu-York Elmlər Akademiyasının üzvü, Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, İngiltərə Nammersmit Kral Universitetinin professoru, Anderson xərcəng əleyhinə Mərkəzin professorudur.

230-dan çox elmi əsəri çapdan çıxıb. 80-ə yaxın elmi əsəri xaricdə çap olunub.

1979-cu ildə yazdığı monoqrafiyaya ("Dərinin bədxassəli şişlərində plastik operasiyalar") görə SSRİ Tibb Elmlər Akademiyasının

N.N.Petrov Ardı »

TibbOdri Hepbern

Odri Hepbern (4 may 1929, Belçika – 20 yanvar 1993, İsveçrə) — məşhur Amerika kinoaktrisası.
Həyatı

Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsrdə dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb. Təəccüblü görünsə də, post sovet məkanının kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gec tanış olublar. Odri (əsl soyadı Hepbern Raston) 1929-cu il mayın 4-də Brüsseldə anadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatra həsr etmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb. Hepbernin kinofilmə ilk çəkilişi 1950-ci ildə Londonda "Cənnətdə gülüş" filmində olub. Londonun teatr səhnəsində çıxış edən gənc balerinanı rejissor Ardı »

TibbArterial hipertenziya

Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir.

Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır.

İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.
Simptomatik hipertoniya (ikincili hipertoniya)

Simptomatik hipertoniyaya aiddir:

Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s.

Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s.

Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s.
Əlamətləri

Arterial təzyiqin qalxması çox zaman əlamətsiz olur və yalnız təsadüfən Ardı »

TibbDiastola

Diastola (yun. diastole, mənası: Genişlənmə) - ürək dövrünün fazasıdır. Bu zaman ürəyin sağ və sol mədəciklərinin əzələsinin boşalması nəticəsində həcmi genişlənərək, qulaqcıqlardan gələn qanı qəbul edir. Buna yüklənmə/dolma fazası da deyirlər. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları qapanır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar açılmış olurlar. Bu an damar divarlarının müqaviməti nəticəsində qapanmış aorta aypara qapaqcıqlarına soykənən qan axını diastolik təzyiqi yaratmış olur. Diastolik təzyiq damar divarlarının müqavimətindən və aypara qapaqcıqların intaktlığından asılıdır. İnsan ölən zaman ürək diastola vəziyyətində olur.

Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola Ardı »

TibbAçıq arterial axacaq

Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur.
Patoanatomiyası

Açıq arterial axacaq adətən tipik olaraq sol ağciyər arteriyasının ayrıldığı yerdə aorta qövsü ilə ağciyər arteriyası arasında bir rabitə damarıdır. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur.
Patofiyiologiyası

Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər Ardı »