beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşid Talışinski

Rəşid Rüstəm oğlu Talışinski (Rashid Talishinskiy) - tibb elmləri doktoru, professor, məşhur Azərbaycan alimidir.
Həyatı

R.R.Talışinski 1928-ci il sentyabrın 13-də Bakıda həkim ailəsində anadan olmuşdur. 1953-cü ildə o, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Tacikistanda iş fəaliyyətinə başlamışdır. 1953-1956-cı illərdə o, Orconikidzeabad rayon xəstəxanasında cərrah işləmişdir. 1956-1958-ci illərdə isə Semaşko adına Bakı klinik xəstəxanasında (hazırda Klinik Tibbi Mərkəzi) təcili cərrahiyyə şöbəsinin ordinatoru və travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Yüksək səviyyəli ortoped-travmatoloq, alim kimi Ukraynanın Xarkov şəhərində yetişmişdir. O, 1958-ci ildə Ukrayna Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmaaologiya və ortopediya kafedrasının assistenti seçilmişdir. 1962-ci ildə Moskva Mərkəzi Travmotologiya və Ortopediya İnstitutunda "Döş fəqərələrinə transplevral müdaxilənin anatomik-cərrahi əsaslanması" mövzusunda tibb elmləri namizədi dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə dosent elmi adını almışdır. 1968-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda "Geniş sümük və oynaq qüsurlarının homoplastikası" mövzusunda dissertasiya müdafıə etmiş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

R.R.Talışinski 1969-cu ildən M.İ.Sitenko adına Xarkov Travmotologiya və Ortopediya İnstitutunun ortopediya və bərpaedici cərrahiyyə şöbəsinin rəhbəri və Xarkov vilayətinin baş travmatoloqu işləmişdir. 1972-ci ildə professor elmi adına layiq görülmüşdür. 1973-cü ildə professor Talışinski vətənə qayıtmış və 1973-cü ildən 1975-ci ilə kimi Azərbaycan ET Ftiziatriya İnstitutunun klinik şöbəsinə rəhbərlik etmişdir.

R.R.Talışinski yüksək səviyyəli mütəxəssis, görkəmli cərrah idi. Onun geniş dünyagörüşü ətrafında olan insanları valeh edirdi. O yeni fikirlər və ideyaların daşıyıçısı idi. R.R.Talışinski çanaq sümüklərində cərrahiyyə əməliyyatlannın əsasını qoyanlardan biri idi. Döş fəqərələrində və çanaq sümüklərində aparılan 2 cərrahi müdaxilə onun adını daşıyır və indiyə kimi geniş istifadə edilir. Professor R.Talışinski dünyada lazer şüalanmasının sümük toxumasına təsiri haqqında ilk elmi əsər yazmışdır. Ortopedlər axill vətərinin uzadılması ilə əlaqədar əməliyyatlar zamanı məhz onun üsuluna üstünlük verirlər. Professor Talışinski əzələ plastikası üsulunun, oma endoprotezinin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 11 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, 144 əsərin o cümlədən, "Döş və bel fəqərələrində cərrahi müdaxilələr" (Moskva, 1968), "Sümük şişlərinin müalicəsində homoplastika" (Kiyev, 1973) adh 2 monoqrafiyalarının müəllifi idi. Digər monoqrafiyada isə fəsl müəllifi olmuşdur.

Onun elmi işlərinə M.V.Volkov, Q.A.İlizarov, A.P.Skoblin, V.F.Trubnikov, V.D.Çaklin, İ.A.Movsoviç və digər məşhur alimlər əsərlərində istinad edirlər. O, 10 ixtiraya müəlliflik şahadətnəməsinin sahibidir və "Əməkdar ixtiraçı" medalı ilə təltif edilmişdir. R.R.Talışinski 1975-çi ildən 1988-ci ilədək Azərbaycan Travmatoloqlar və Ortopedlər Elmi Cəmiyyətinin sədri olmuşdur.

R.R.Talışinski 1988-ci il aprelin 14-də vəfat etmişdir. Professor Rəşid Talışinskinin əziz xatirəsi qəlbimizdə əbədi yaşayaçaqdır.


Tarix: 10.07.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 98 Bölmə: Tibb