beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Spinal anesteziya

Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur.
Tarixi

İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur.
1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar.
1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.

XX əsrin əvvəllərindən sinal anesteziya sezar kəsiyində istifadə edilmişdir. 1930 ildə spinal anestiziya zamanı ilk ölüm halı qeydə alınmasından sonra bu metoddan istifadə edilmir. lakin 1950 ci illərdən başlayaraq bu metoda daim müraziət edilmiş və inkişaf etdirilmişdir. Günümüzdə bu metod demək olar ki, sezar əməliyyatları üçün anesteziyanın ən məğbul metodu sayılır. *
Anatomiya
Vəzifə etibarilə onurğa beyni boyun gövdə və ətraf əzələlərinin avtomatik tənziminin mərkəzi üzvü hesab olunur, morfoloji və fizioloji cəhətcə beyinlə sıx rabitədədir və onun fəaliyyəti beyin qabızının başçılığı altındadır. Onurğa beyninin yuxarı hüdudu uzunsov beyin çarpazının aşağı ucu (birinci boyun sinirinin çıxan yeri) bərabərində, skletə nisbətən atlasın yuxarı kənarı bərabərliyində və aşağı hödudu 1-2 ci bel fəqərələri səviyyəsində olur. Onurğa beyni onurğa kanalının əyriliklərinə müvafiq olaraq boyun və döş nahiyələrində əyilmişdir. Bunun uzunluğu orta hesabla kişilərdə 45 sm. qadınlarda isə 43 sm olur. Onurğa beyninin uzunluğu onurğanın uzunluğuna olan nisbəti daimi deyildir; orta hesabla onurğanın uzunluğunun onurğa beyninin uzunluğuna olan nisbəti 100:64 olan nisbəti kimidir. Onurğa beyninin sagital ölçüsü frontal ölçüsündən kiçikdir. Həcmi 33 sm³ və en kəsiyinin səthi orta hesabla 63 mm²-ə bərabərdir. Onurğa beyninin çəkisi yetişmiş şəxslərdə 30 q və yenidoğulmuşlarda 6-7 q olur; bədən çəkisinə olan nisbəti 1: 1848 olan nisbətinə (yenidoğulmuşlarda isə 1:851 nisbətinə) bərabərdir. Onun çəkisi (yenidöğulmuşunkuna nisbətən) bir yaşında iki dəfə, beş yaşında üç və həddi-bbüluğ dövründə 4-5 dəfə artmış olur. Onurğa beyni onurğa kanalında yerləşərək onurğanın hərəkəti zamanı yerini bir qədər yuxarıya doğru dəyişir; deməli onurğa beyni onurğa kanalında hərəkətli bir surətdə fiksasiya olunmuşdur. O, onurğa kanalını tamamilə tutmamışdır; əgər onurğa beyninin en kəsiyinin səthi 63 mm² təşkil edirsə, onurğa kanalının en kəsiyinin səthi 254 mm²-ə bərabərdir; beləliklə onurğa kanalında onurğa beyninin tutduğu yerdən başqa artıq sahə qalır; buranı onurğa beyni qişaları, damarlar və beyin-onurğa beyin mayesi tutur. bu sahə onurğa beyninin hərəkət etməsinə şərait yaradır. Onurğa beyninin yerdəyişmə dərəcəsi fiksasiya aparatına aid olan dişli bağlar (lat. lig-ta denticulata) ilə məhdudlaşır. bu bağlar (19-23 cüt) onurğa beyninin yumşaq qişasından ayrılmış törəmədir. Onlar bir tərəfdən sərt qişaya, digər tərəfdən isə onurğa beyninin ön və dal kökləri arasında yumşaq qişaya bağlanmışdır. Onurğa beyninin fiksasiyasında sərt qişanın özü, hörümçək torunabənzər və yumşaq qişaların bağ aparatı (subaraxnoidal arakəsmələr, dişli bağlar), uzunsov beyin, uc sap və onurğa beyni damarları iştirak edir. Topoqrafiya cəhətcə onurğa beyni üç hissəyə bölünür: boyun hissə – lat. pars cervicalis, döş hissə – lat. pars thoracica, və bel hissə – lat. pars lumbalis. Bunların qalınlığı eyni deyildir; boyun və bel hissədə qalınlaşmalar vardır:

Boyun qalınlaşması – lat. intumescentia cervicalis – II boyun fəqərəsi ilə II döş fəqərəsi arasında. Boyun qalınlaşmasının ən qalın hissəsi V-IV boyun fəqərələri bərabərliyində olur.
Bel qalınlaşması – lat. intumenscentia lumbalis – IX-X döş fəqərəsi ilə I ya II bel fəqərələri arasında olur.

Bu qalınlaşmaların əmələ gəlməsi, onurğa beyninin ətrafında gedən sinirlərə müvafiq seqmentlərində sinir hüceyrələrinin çoxluğu ilə izah olunur.
Texniki aspektləri

Vena daxilinə infuziya, Manitorinq: EKQ, pulsoksimetriya, 5 dəqiqəlik fasilələrlə arterial təzyiqin ölçülməsi
Pasient əməliyyat masasına əyləşdirilir və ya yanı üstə uzadılır.
Sterillik ciddi gözlənilmək məqsədilə icraçı anesteyioloq baş örtüyü, maska, steril xalat və əlcək geyinməli, punksiya olunacaq dəri sahəsi (bel fəqərələri nahiyəsi) metodoloji olaraq dezinfeksiya edilərək steril materiallarla izolə olunmalıdır!
Spinal anesteziya: III/IV yaxud IV/V bel fəqərəarası sahədən Pencil-Point spinal iynəsi ilə punksiya icra edilir.
Punksiya düzgün aparılmışdırsa dərhal kanülə vasitəsilə şəffaf onurğa beyin mayesinin damcıladığı müşahidə olunur
Bundan sonra onurğa kanalına 2-2,5 ml 0,5% li izobar (yaxud 1,5-2 ml 0,5% li hiperbar) Bupivacain məhlulu yeridilir.
Spinal iynə kənarlaşdırılaraq pasient əməliyyat üçün arxası üstə uzadılır.

Fəsadları

Punksiya yerinin infeksiyalaşması
Yerli keyləşdiricinin damar daxili inyeksiyası
Hemodinamik problemlər: hipotoniya, bradikardiya
Ürəkbulanma
Baş ağrıları
Sidikburaxmanın pozulması
Uğursuz travmatik punksion cəhdlər nəticəsində ağrılar
Onurğa beyninin zədələnməsi; hemiparezlər ya köndələn iflic
Aseptik meningit, araxnoidit, lat. Cauda-equina-syndrom, epidural abses, mielit
Total spinal anesteziya
Allergik reaksiya; anafilaktik şok

Tətbiq olunan əməliyyatlar

Sezar kəsiyi
Yırtıqların plastikası
Aşağı ətrafların varikoz genəlməsi – Venaektamiya
Aşağı ətraflarda aparılan cərrahi müdaxilələr: sınıqlar, diz oynağının protezlənməsi, dizin artroskopiyası
anal daxili və ətrafı cərrahi müdaxilələr və s.


Tarix: 10.07.2015 / 15:32 Müəllif: Feriska Baxılıb: 238 Bölmə: Tibb