beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Traxeyanın intubasiyası

Traxeyanın intubasiyası, endotraxeal intubasiya, (nəfəs borusuna boru ya lülənin daxil edilməsi) tənəffüs ü və tənəffüs yolunun keçiriciliyini təmin etmək məqsədi ilə icra edilən anestezioloji və reanimatoloji əməliyyat. Traxeyanın intubasiyası potensial invaziv müdaxilə olduğu üçün onu icra etmək üçün böyük təcrübə tələb olunur. Bu zaman hər hansı bir xəta məsələn təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Tənəffüs yolunun keçiriciliyini təmin etmək baxımından endotraxeal intubasiya ən sığortalı metoddur.
Tarixi
Tənəffüsü təmin etmək məqsədi ilə nəfəs borusunun yarılması haqqında ilkin məlumat Qədim Misirə, e. ə. 1550 ilə aid Ebersa papirusunun 110-cu səhifəsində yazılmışdır. Hələ məşhur loğman İbn Sina 1025-ci ildə tənəffüsü təmin etmək məqsədi ilə nəfəs yoluna boru daxil edilməsi haqqında 14 cildlik tibb ensiklopediyas – Əl-Qanun fi't-Tıbb – "Tibb elminin qanunları ya Təbabət qanunları" külliyyatında bəhs etmişdir. Perqamonlu Qalen ölü heyvanın ağciyərini şişirtmək üçün "dəmirçi yelpiyindən" istifadə etmişdir. İlk olaraq endotraxeal intbasiya eksperimentdə 1847 ildə N.İ. Piraqov tərəfindən itlər üzərində icra edilmişdir. Nəfəs borusunun traxeostomiya yolu ilə intubasiyası 1858 ildə D. Snou tərəfindən (təcrübədə heyvanlar üzərində) aparmışdir. 1871 ci ildən F. Trendelenburq bu üsulu klinikada tətbiq etmişdir. 1878 ildə şotland cərrahı Uliyam Makiven klinikada manual olaraq oratraxeal (ağız-nəfəs borusu) intubasianı icra etmişdir. İntubasianı icra etmək və onu asandlaşdırmaq məqsədilə ilk dəfə olaraq 1855 ildə ispan bas müğənnisi, vokalist pedoqoq və tibb doktoru M. Qarsia tərəfindən larinqoskop icad edilmişdir. Digər bir pioner Sir İvan Magill(1888–1986), kor-koranə nasotraxeal (burun-nəvəs borusu) intubasiyanı icra etmiş, bu məqsədlə sonralar o, Magill maşasını, Magill larinqoskop tiyələrini (dimdiklərini) icad etmişdir. Buna baxmayaraq endotraxeal intubasiya öz geniş tətbiqini yalnız cərrahiyyənin və anesteziyanın təkminləşib inkişaf etmiş olduğu 1920 illərdən başlayaraq tapmağa başlamışdır. R Uoters və R. Makintoş tərəfindən endotraxeal intubasion anesteziyanın klinikada tətbiqi buna böyük təkan vermiş olur. Sir Robert Raynolds Makintoş (1897-1989) 1943 ildə larinqoskop tiyələrini təkmilləşdirərək onlara qovs forması verir ki, onlardan bu günki günümüzə kimi geniş istifadə olunmaqdadır. Xüsusən qeyd etmək lazımdır ki, kanada anestezioloqları Q. Qruffit və E. Conson tərəfindən Monrealda endotraxeal aneteziyada əzələ relaksantllarından istifadə etmələri anesteziologiya tarixində mühüm hadisə sayılır .
Məqsəd

Tənəffüs yollarının sərbəst keçiriciliyini təmin etmək, sistematik olaraq bronxial sekretin xüsusən də patoloji ifrazatın (bəlğəm, irin, qan və s.) aspirasiyası; tənəffüs yolunun mümkün aspirasiyalarda və Mendelson sindromundan sığortalamaq üçün mədə bağırsaq traktından izolə edilməsi.
Süni tənəffüsü optimal dərəcədə təmin etmək, ölü tutumun (qazlar mübadiləsində iştirak etməyən həcmin) azaldılması.
Əzələ relaksantlarının tətbiqi pasientin süni tənəffüs aparatına qarşı müqavimətini azaldır.

İntubasiya üsulları
Daxil edilmə yollarına görə

Oratraxeal intubasiya yəni ağız boşluğundan daxil olmaqla, qırtlaqdan keçməklə nəfəs borusunun intubasiyası.
Nazatraxeal intubasiya yəni burun boşluğundan daxil olmaqla, qırtlaqdan keçməklə nəfəs borusunun intubasiyası.
Koniotomie yəni boyun nahiyyəsindən kəsik aparmaqla bilavasitə qırtlaqdan keçməklə nəfəs borusunun intubasiyası
Traxeotomiya yəni boyun nahiyyəsindən kəsik aparmaqla bilavasitə nəfəs borusunun intubasiyası

İcra edilmə texnikasına görə

Kortəbii yolla və ya manual
Larinqoskop vasitəsi ilə intubasiya.

a) Magill, Miller (düz formalı) tiyələri ilə
b) Makintoş (qovs şəkilli) tiyəsi ilə
c) Mkkoy (idarəolunan hərəkətli dimdikli) tiyəsi ilə
d) Bullard larinqoskopu ilə

Bronxoskop vasitəsi ilə intubasiya.


Tarix: 10.07.2015 / 15:36 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Tibb