beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süni tənəffüs

Süni tənəffüs ya ağciyərlərin süni tənəffüsü kəskin tənəffüs çatmamazlığında və ümumi narkoz vaxtı orqanizmin oksigen təminatını təmin etmək üçün təcili və planlı şəkildə aparılan reanimatoloji və anesteyioloji müdaxilə. Süni tənəffüs aparılma taktikasına görə tam nəzrətli və yardımçı olur. Süni tənəffüs təcili tibi yardımın - reanimasiyanın və anesteyiologiyanın əsas və başlıca sütunudur. Süni tənəffüsün tam nəzarətli taktikası zamanı pasient xüsusi preparatlarla modikamentoz komaya salınır, traxeya intubasiya edilərək süni tənəffüs aparatına keçirilmiş olur. Bu zaman pasient tam şəkildə süni tənəffüs aparatından asılı olur. Yardımçı taktikada isə pasientin spontan yəni öz tənəffüsü saxlanılaraq istər intubasia olunmuş istərsə də mask vasitəsilə ona süni tənəffüs aparatının müvafiq modusları əsasında yardım edilir.


Tarix: 10.07.2015 / 15:35 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Tibb