Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adrenalin

Adrenalin (lat. ad – yanında+renalis – böyrək) – böyrəküstü vəzilərin "beyin" qatının hormonu. Ağ kristaldır, m. kütləsi – 183,2. Dərman kimi işlədilən adrenalin heyvanın böyrəküstü vəzi toxumasından və ya sintetik yolla alınır. Adrenalin qan damarlarını daraldır, qan təzyiqini yüksəldir, mərkəzi sinir sistemini bir qədər oyadır, bronxları genəldir, karbohidrat mübadiləsini nizama salır. Ürək fəaliyyəti zəiflədikdə, qan təzyiqi düşdükdə, yerli keyitmədə adrenalinin hidrogen-xlorid duzu məhlulu dəri altına vurulur. Hipertoniya xəstəliyində, aterosklerozda adrenalin vurmaq olmaz.


Tarix: 10.07.2015 / 17:54 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Tibb
loading...