beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emboliya

Emboliya(qəd. yun. ἐμβολή-atılma — qan dövranı pozğunluqlarının ən təhlükəli formalarından biri olmaqla, eyni zamanda damar cərrahiyyəsinin ən asan və ən sürətli müalicə olunan xəstəliklər qrupuna daxildir.
Ümumi məlumat

Embol adətən, trombun qopmuş hissəsi və qan damarı ilə hərəkət edən bir kütlə kimi başa düşülür və qan və limfa damarı keçidinin müxtəlif maddələrlə tutulmasına deyilir.

Əslində bu maddələr ekzogen xarakterli olmaqla normada orqanizmin mayelərində (şirələrində) embol formasında olmur, dövr edən maye sistemində ya sonradan əmələ gəlir (məs, tromb) ya da xaricdən düşür (məs, hava). Embollar ən çox sıxlıqla aşağı ətraf (% 45-60), daha sonra isə yuxarı ətraf damarlarında ( % 9-13) müşahidə olunur.

Tromboz ve emboliya ilə əlaqədar meydana çıxan ilkin patoloji dəyişikliklər mənfəzi tutulmuş arterial damarın qanla təchizedici sahəyə uyğun qan dövranının pozulması, toxumalarda hipoksiya ilə əlaqədar oksidləşməmih maddələrin artması ve metabolik asidozun meydana çıxması ilə xarakterizə olunur.Belə vəziyyətdə qan elementlərinin xüsusilə trombositlərin ad-hezivliyinin artmasından törənmiş aq¬re¬qat¬lar ka¬pillyar mənfəzini tutaraq mik-ro¬sirkulyator pozğunluqlar törətməklə, to¬xu¬ma hipoksiyasını ar¬tırır. Hi¬po¬k¬si-ya¬nın nəticəsi olaraq toxumalarda to¬xuma me¬m¬br¬a¬nına toksiki təsir göstərən aktiv po¬lipeptidlərin (his¬ta¬min, serotonin, kininlər, pro¬st¬oqlandinlər) miqdarı artır. Tə¬d¬ricən tok¬si¬ki prosesler toxuma membranının ke¬çi¬ri¬ci¬liyini artırır, kapillyar da¬ma¬r¬larda staz, toxumalararası sahədə isə ödem baş ve¬rir. Prosesin da¬¬vam etməsi to¬xumaların nekrozlaşması ilə nəticələnir.

Patoloji dəyişikliyə uğramış sahədən toksiki maddələrin qana so¬rul¬ma¬sı or-qa¬niz¬m¬də maddələr mübadiləsinin pozulmasına, parenximatoz or¬qanlarda, xü-su¬silə böy¬rək¬lərdə mikrosirkulyator poz¬ğun¬luq¬la¬ra, ümumi metabolik asidoza və ür¬ək damar poz¬ğunluqlarına səbəb olur.
Lokalizasiyası

Lokalizasiyasına görə embollara aş¬ağıdakılar aiddir:

Endogen embollar.

Tromboemboliya-qan damarında əm¬ələ gəlmiş laxtanın axınla apa¬rı¬lıb kiçik mən¬fəzli damarın keçidini tı¬xamasına deyilir. Bu zaman əgər em¬bol ürəkdə ar-te¬riyalar və ya ve¬na¬larda olsa, həyat üçün daha təhlükəlidir və canlını tez¬lik¬lə öl¬dü¬rür.

Arterial emboliyaya səbəb 90-95% hal¬larda ürək xəstəlikləri (qazanılmış mit-ral qa¬pağın stenozunun qu¬laq¬cıq¬da¬xi¬li tromboz və seyrici aritmiya ile ağ¬ır¬laş-ması) ve xü¬su¬si¬lə mi¬okardın infarktı ilə əlaqədar ürək anev¬rizmasının ol¬ma¬sı-dır.

Yağ emboliyası

Adətən yağ emboliyası borulu sü¬mük¬lə¬rin sınması zamanı sümük ili¬yindən yağ dam¬lasının vena damarlarına düşməsi, ora¬dan kiçik və bö¬yük qan dövranına da¬xil ol¬ma¬sı nəticəsində baş verir. Sonra bu dam¬la be¬yin kapillyarları və böyrək yu¬maq¬cıq¬la¬rın¬da embol əmələ gə¬ti¬rə bilir.

Toxuma emboliyası.

Əsasən parçalanmış və ya nekroza uğramış toxumalar vasitəsilə da¬marın tu¬tul¬ma¬sı nəzərdə tutulur. Belə ki, parenximatoz orqanlar zə¬də¬ləndikdə (məs, qa¬ra¬ci¬yərə zərbə toxunduqda, ağciyər arteriyalarının şa¬xələrində embol əmələ gəlir), ya¬xud şiş toxumasının hüceyrələri lim¬fa vasitəsilə müxtəlif orqpanlara apa¬rıl¬dıq¬da (metazstaz) toxuma em¬boliyası mü¬şahidə edilir.

Ekzogen emboliyalar.

Hava emboliyası.

Atmosfer ha¬va¬nın damara düşməsi zamanı əmə¬lə gə¬¬lir. Bunun səbəbi odur ki, döş boş¬¬luğunda təzyiq aşağı olmaqla, bə¬¬¬zən hətta mənfi olur. İri qan da¬mar¬¬ları (vidaci vena, boş vena) ağ¬ci¬yər zədələndikdə atmosferdən hava da¬¬mara daxil olub, qabarcıq əmələ gə¬tirir ki, buna hava embolu deyilir.

Qaz embolu.

Mayedə (əsasən qanda) həll ol¬muş qazın qabarcıq halına ke¬çib embola çevrilməsinə deyilir. Be¬¬lə ki, yüksək atmosfer təz¬yiq¬¬də (dəniz dibində, mə¬dən-lər¬də, kassonda) qazlar qanda sü¬rət¬¬lə həll olur. Yüksək təz¬yiq¬dən normal təzyiqə qalxdıqda qaz qanda sərbəstləşir və qa¬bar¬cıq¬¬lara çevrilir. Buna çox za-man Kesson xəstəliyi deyilir.

Bioloji emboliya.

Yoluxuçu xəstəliklər zamanı mikroblar bir yerə toplanıb iri bioloji küt¬ləyə konqlomeratlara çevrilə bilir. Onlar qan dövranına düşərək em¬bollar əmələ gətirir. Parazitlər və onların sürfələri bağırsağın di¬va¬rı¬nı deşib qan damarına düşərək, bioloji embollara çevrilir.
Emboliyanın aqibəti

Emboliyanın nəticəsi hansı qan damarında onun əmələ gəl¬mə¬sin¬dən, qan damarının qidalandığı sahədən, onun anastomozlarından ası¬lı¬dır. Burada yerli işemiyadan başlamış orqanların fəaliyyətsizliyi və qə¬fil ölüm kimi dəyişikliklərə səbəb ola bilər. Əgər emboliya böyük qan dövranının arteriyalarında baş verirsə, deməli, ürəyin sol mədəciyi və ya ağciyər venalarında əmələ gəlmiş emboldur. Belə halda nəinki qa¬nı az olan damarların spazması, həm də daxili orqanların və ürəyin pa¬tologiyası başlayır. Patoloji prosesin bərpası kollateral qan döv¬ra¬nı¬nın inkişaf fəaliyyətindən və damar spazmının davam etmə müd¬də-tin¬dən asılıdır. Kiçik qan dövranında əmələ gələn embollar ürəyin sağ tərəfi və bö¬yük qan dövranı venalarından əmələ gəlir. Bu zaman ağciyər ar¬te¬ri¬ya¬larında iri embollar əmələ gələ bilir. Kiçik qan dövranında əmələ gə¬lən embol ürəyin dəqiqlik həcminin azalmasına səbəb olur. Qan təz¬yiqi aşağı düşür. Ürəyin koranar qan damar çatışmazlığı zamanı mio¬kar¬din işemiyası başlayır. Burada refleksogen zonalardan əmələ gələn ref¬lektor proseslər patologiyanı daha da dərinləşdirir. Qaraciyər qapı venasında əmələ gələn emboliya həzm sistemindən ora¬ya daxil olan kiçik damarla gəlir. Doğrudur, buna heyvanlarda az tə¬sadüf edilir, lakin nəticəsi son dərəcə acınacaqlı olur. Çünki ümumi qan dövranını pozur. Belə ki, umumi qan dövranında qanın təzyiqi aşa¬ğı duşür, lakin qaraciyərin qapı venasında qan durğunluğu başlayır. Da¬xili orqanların qanla təchizi güclənir, başqa həyatı vacib orqanların işe¬miyası başlayır. Proses canlını öldürə bilir. Bəzən embol tezliklə ləğv olduqda (hava tromb əridikdə) orqanın qan təchizatı bərpa oluna bilər.

Kimlərdə rast gəlinir? Embolik tıxanmalar ən çox aritmiyalı,Mitral qapaq xəstəliyi və mio¬kard infarktı keçirmiş insanlarda rast gəlinir.

Əlamətləri nələrdir?

Qəflətən baş verən,ağrıkəsicilərlə aradan qaldırıla biləməyən çox şid¬dətli ağrılar,üzvlərdə soyuma və avazıma,bəzi hallarda hərəkət qü¬sur¬ları,ani damar tıxanmaları-əsas əlamətlərdir.Zaman keçdikcə əv¬vəl¬cə avazımalar olan üzvdə daha sonra göyərmələr də müşahidə olunur.

Nələrlə qarışdırıla bilər?

Əl və ayaqlarda yaranan ani və şiddətli ağrılar ən çox ortopediya xəs-təlikləri,bel yırtığı əlamətləri ilə qarışdırıla bilir.Amma bu qrup xəs¬təliklər zamanı üzvdə avazıma və soyuma müşahidə olunmur.


Tarix: 10.07.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 254 Bölmə: Tibb