beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amputasiya

Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahi əməliyyat. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətrafa protez qoyulur.
Tarix
Səbəbləri

Anadangəlmə (amniotik dartılmalar sindromu sonucu)
İnfeksiya (osteomielit nəticəsində)
Travmalar
Mexaniki (yol qəzası, hərbi)
Termik (yanıqlar, donmalar)
Kimyəvi (laborator qəza)
Elektrik (yüksək cərəyan vurması)
Damar xəstəlikləri (diabet, septik nekroz sonucu)
Bədxassəli şiş xəstəlikləri

Təsnifat
Müalicə
İlkin tibbi yardım
Bərpa mərhələsi

Amputasiyadan sonrakı mərhələdə aşağıdakı müalicə üsullarından istifadə olunur:

Amputasiya -> fasilə -> protez
Amputasiya -> autotransplantasiya (bədənin digər toxumasının zədələnmiş ətrafa transplantasiyası (köçürülməsi)) -> plastik rekonstruksiya (bərpa)
Replantasiya (kəsilmiş toxumanın güdülə tikilməsi) -> revaskulyarizasiya (qan təchizatın mikrocərrahi üsulla bərpa olunması, 1969-cu ildən sonra)
Allotransplantasiya (ölmüş insanın ətrafının güdülə tikilməsi) - 2000-ci ildən sonra.


Tarix: 10.07.2015 / 16:31 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Tibb