beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvan (şəhər)

Şirvan (2008-ci ilədək Əli-Bayramlı) — Azərbaycanda şəhər.

Şirvan 1938-ci ilədək Zubovka adlanıb, 1938-1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 30 kv. km, əhalisinin sayı 73,7 min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.

Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.

Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki Çıplaqlı kəndi Zubovka adlandırılmışdır.

1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı;keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər.

Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. Ilk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar.

Çıplaklı bir tayfa adı və ya ərazinin bitki örtüyü ilə də bağlı söz ola bilir. Göyçay rayonu ərazisində də Lək Çıplak, Türkiyənin Mardin və Qars vilayətlərində Çıplaklı kənd adlarına təsadüf edilir. Mərhum alim Mehmet Eröz bu adlar barədə " bu köylər xalqının "Çıplaklı" yörüklərindən olduğu anlaşılmaqdadır" yazaraq 1126-cı il tarixli bir sultan fərmanında Kıbrısa sürülən Çıplaklı cəmaatının adı çəkilir, deyə məlumat verir.

Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.Tezliklə Zubov (Azərbaycanda ona "Qızılayaq general" deyirdilər; o ayağını Polşa vətənpərvərləri ilə döyüşdə itirmişdi, həmin ayağı protez idi) bu kənddə qala tikmək işinə girişir. Lakin Yekaterinanın qəfil ölümü ilə Azərbaycanın istila planı yarımçıq qalır; rus ordusu geri çağrılır.

1938-ci ildə Zubovka adı Əli Bayramov şərəfinə Əli Bayramlı adı ilə əvəz edilir. 2010-cu ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı.#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Əli Bayramlı şəhər bələdiyyəsi69861
2Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsi2600
3Cəmi72461
Mündəricat
1 Coğrafi mövqeyi
2 İqtisadi xarakteristikası
3 İncəsənət
4 Təhsil
5 Xarici keçidlər
6 İstinadlar


Coğrafi mövqeyi

Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir və ölkəmizin iri şəhərlərindən sayılır. Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri Şirvan şəhərinin inzibati vahidləridir.

İqtisadi xarakteristikası

Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.

İncəsənət

Şirvan şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görmüşdür. Şirvan uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir və məktəbin hər cür tərifə mənəvi haqqı çatır.

Təhsil

Son vaxtlar şəhərdə təhsilə xüsusi diqqət ayrılmışdır. Bunun məntiqi nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul zamanı imtahanlardan maksimum 700 bal toplamış 6 abituriyentdən biri də bu şəhərdəndir. 3 abituriyent isə prezident təqaüdünə layiq görülmüşdür.


Tarix: 16.03.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 354 Bölmə: Tariximiz ve rayonlarimiz