beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kalsiumun insan orqanizmində rolu

İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.
Bəs kalsium nədir və nə kimi faydaları var?
Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir sümük əriməsinin qarşısını alır.
Təəssüflər ki, bu gün kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir. Kalsium çatışmazlığı
• Əzələ və oynaq ağrıları
• Sümük əriməsi
• Yuxu problemləri
• Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.
Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800-1200 mg arasıdır. Ümumiyyətlə gündəlik kalsium miqdarı 1500 mg-dən artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir.
Kalsiumla zəngin olan qida məhsulları əsasən süd, pendir, kəsmik, kimi qidalarla yanaşı həmçinin soya, fıstıq, qoz, badam, kələm, alabalıq və. s


Tarix: 08.01.2015 / 15:28 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Saglamliq