beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bel sinirlərinin ağrısı

Yəqin ki, elə bir insan tapılmaz ki, heç bir dəfə də bel ağrısı olmasın: bu, insan ya ağrıdan boynunu döndərə bilmədikdə, ya belini düzəldə bilmədikdə baş verir, ya da almacıq sümüyü elə tutacaq ki, ağzını aça bilmirsən və bu zaman ağrı həm qulağa, həm gicgaha, həm də dişlərə təsir edir. Allah heç kimə üçlü sinirin nevralogiyasını göstərməsin! Bu zaman insan tam köməksiz olduğuna görə vəziyyət çox pis olur: istənilən hərəkət ağrı verir və bu səbəbdən məkanda hərəkət etmək və ya nə isə etmək imkanı kəskin surətdə məhdudlaşır. Mənim fikrimcə, belə hallar ona görə baş verir ki, biz özümüzü qoruya bilmirik. İstənilən siniri soyuğa verdikdə nevralgiya baş verir. Buna görə insanın sinirlər qızğın halda olduqda yel hərəkət edən yerdə olması onun üçün təhlükəlidir. Lakin bədbəxtlik artıq baş veribsə, əvvəlcədən heç olmasa kəskin ağrıdan xilas olmaqdan ötrü mütləq həmin yer isti saxlanılmalıdır və yalnız bundan sonra həkimə və ya aptekə getmək olar. Bunun üçün xüsusi ovxalama resepti var.

Qara turpun şirəsi sıxılır, ona 20:1 nisbətində lavanda yağı əlavə edilir, təxminən 1 xörək qaşığı şirəyə 1-2 damcı lavanda yağı əlavə edilməlidir. Həmin qatışığı sinirin yolu boyunca sürtüb ovxalamaq və üstündən ya yun şərflə, ya da köhnə pərpu yaylığı ilə isti sarımaq lazımdır. Sarğı mütləq isti olmalı və ağrıyan yeri bərk sıxmamalıdır.

5-6 prosedurdan sonra insana açıq şəkildə rahat olur və tədricən bütün funksiyalar bərpa olunur, ağrı keçib gedir, hərəkət etmə qabiliyyəti qayıdır. Mənə məlum oldu ki, əgər heç olmasa bir dəfə sinir ağrısı olubsa, bu ilk yel vurduqda təkrar oluna bilər. Buna görə yaxşıca sağalmaq və özünü həmin yeri təkrar soyuğa vermək riskinə atmamaq lazımdır.


Tarix: 08.01.2015 / 15:14 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Saglamliq