Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəba epidemiyası 135 nəfəri öldürdü

Haitinin şimalında vəba tüğyan etməyə başlayıb.

“CNN” - in verdiyi məlumata görə, artıq 135 nəfər həyatını itirib. Xəstəxanalarda yüzlərlə insan yerləşdirilib. Virusun 1,5 min insana yoluxduğu bildirilir.
Paytaxt Port-o-Prensdə hələ vəbaya yoluxma qeydə alınmasa da, səhiyyə naziri yaxın günlərdə paytaxtda da bu təhlükə ilə üz-üzə qalacaqlarını söyləyib.

Vəbanın yayılmasının səbəbi 2010-cu ilin yanvarında Haitidə baş verən dəhşətli zəlzələdən sonra 250 mindən çox evin dağılması nəticəsində 1,2 milyon insanın
müvəqqəti salınmış düşərgələrdə antisanitariya şəraitində yaşamasıdır.


Tarix: 08.01.2015 / 14:21 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq
loading...