beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev heyvanlarına diqqət!

Uşaqların inkişafında təsirli olan ev heyvanları, onların sosial varlıq kimi formalaşmasına da təsir göstərir.
Həmçinin evlərə şənlik və sevinc gətirir. Məsələn: İtlər sədaqət rəmzi hesab olunur. Heç vaxt onun qayğısına qalan adama xəyanət etməz.
Bu baxımdan yaxın keçmişdə bir çox insan ev heyvanı saxlayırdı.
Lakin bəzi araşdırmalar sübut edib ki, baxımsız evcil heyvanlardan insana bakteriyalar yoluxa bilər.
İngiltərənin Cambridge Universiteti də bu haqda məlumat yayıb. Baxımsız heyvanlarda "MRSA" adlı bakteriya olduğunu bildirib. Bu bakteriyalar sahiblərinə və digər heyvanlara zərər edirmiş.
Cambridge Universitetindən Dr. Mark Holmes qeyd edib ki, viruslar davamlı olaraq birindən digərinə keçir, buda infeksiya yaradır.
Ancaq Holmes, sağlam heyvanların sahiblərindən bu bakteriyanın yoluxmasının çətin olduğunu da sözlərinə əlavə edib.
Ona görə ev heyvanları saxlayanlar diqqətli olmalı və onları baxımsız buraxmamalıdırlar.


Tarix: 08.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Saglamliq