beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumurta sağlamlıq üçün qidadırmı ?

Yumurta demək olar ki hamının ən azı bir yemək hazırlaya biləcəyi qidadır,ən sadə halda onu qaynadaraq yemək olar.Bu əsrlərlə bu şəkildə davam etsə də müasir tibbin inkişafı yumurta haqqında paradoksları da ortaya atmaqdan çəkinmir:Yumurtadan uzaq ol, amma yumurtasız da qalma.

Bəli,əslində uzaq durmaq iddiasının səbəbi də var.Beləki,yumurta ilə qidalanma zamanı qandakı xolesterinin miqdarının “təhlükəli” səviyyədə artması müşahidə olunur.Lakin,tibbin inkişafı göstərdi ki,xolesterin birbaşa qana daxil olmur,yəni yumurta orqanizmə birbaşa deyil dolayı üsul ilə “ziyan vurur”.



Yumurtanın faydaları

Yumurta rasionumuzda olan nadir qidalardandır ki,orta yaşlı normal bədən ölçülərinə sahib sağlam orqanizm üçün lazım olacaq qədər aminturşu ehtiyatı olan zülallarla zəngindir.Eyni zamanda sağlamlığın əsasında duran A,E,D vitaminləri ilə yumurta əvəzedilməz bir vitamin deposudur.E vitamini üərk əzələsinin işini təmin etməklə yanaşı xərçəngdən qoruyucu əsas faktorlardandır.A vitamini maddələr mübadiləsini tənzimləyir və bir çox əsas elementlərin sintezində mühüm qaynaq maddədir.Vitamin D isə bir çoxlarına məlum olduğu kimi sümük-oynaq sisteminə,eyni zamanda dişlərə kifayət qədər müsbət təsirilə əhəmiyyətlidir.Qadın cinsinin nümayəndələrini isə gələcək analar kimi süd vəzi və uşaqlıq boynu xərçəngindən müdafiə edən əsas maddələri özündə daşımaqla yumurta öz vacibliyini bir qida kimi sübut etmiş olur.Bu onun tərkibindəki Selenium elementi ilə bağlıdır.Yağların aşağı göstəricilərdə depolanması onun pəhriz qidası kimi qəbul edilməsini asanlaşdırır.Sağlam arıqlamaq istəyənlərin rasionunda yumurta mütləq nəzərə alınmalıdır.



Yumurtanın zərərləri



Kifayət qədər müsbət tərəfləri olmasına baxmayaraq bir çoxları onu qəbul etməkdə seçici olmalıdırlar.Əksərən uşaqlarda görünsə belə böyüklərə də təsirsiz ötüşməyən allergik reaksiya bir çoxlarının bəlasına çevrilir.Ürək-damar və qaraciyər patalogiyaları və ya hər hansı bir xəstəliyi olanlar yumurtadan ehtiyatlı istifadə etməlidirlər.Onlar ən yaxşı halda həftədə 1 dəfə yumurta qəbul edə bilərlər.

Yumurtadan istifadə zamanı gigiyena qaydalarına əhəmiyyət verməyiniz mütləqdir.Yumurtanı haradan və hansı şəkildə aldığınıza diqqət edin.Özünüzü sığortalamaq üçün mütləq onu soda məhlulunda bir daha yuyun.Yumurtadan sağlam istifadə qaydalarını və öz orqanizminizin tələbatını bildikdən sonra ondan bir qida kimi zövq almaqla yanaşı bədəninizi də lazımi elementlərlə zənginləşdirə bilərsiniz.


Tarix: 10.01.2013 / 13:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Saglamliq