beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artıq çəkini atmağın “ elmi ” yolu

Artıq kilo vermək üçün elmin sizə təqdim etdiyi imkanlardan faydalana bilərsiniz. Bununla bağlı aparılan araşdırmaların nəticələri ilə siz də tanış olun.

BBC Focus jurnalında dərc edilən bir məlumatda deyilir ki, artıq çəkini atmaq bir az çətin prosesdir. Ancaq elmin təqdim etdiyi bəzi ipucları vasitəsilə siz doğru zamanda və doğru məşqləri etməklə istədiyiniz bədən quruluşuna çox rahatlıqla nail ola bilərsiniz.

Ilk olaraq onu yadda saxlamalısınız ki, gün ərzində təyin olunan vaxtda yalnız məşqlər etməlisiniz. Belə ki, axşam saatlarında məşq etmək günorta saatlarındakı məşqdən daha effektlidir. Standart hərəkətlər edərək kilo atmaq çox çətindir, amma bu mümkündür. Həmçinin xeyli yolu piyada getmək, yaxud da velosipedlə getmək də yaxşı məşq hesab olunur.

Qırmızı çuğundur suyu için. Bu tərəvəzin suyu çox faydalıdır. Exeter Universitetində aparılmış bir araşdırmaya görə qırmızı çuğundurun suyunu içmək qan damarlarını genişləndirərək, əzələlərdəki qanın axışını artıraraq insanların daha çox məşq etməsi üçün bədəni tam hazır vəziyyətə salır. Bunun üçün də mütəxəssislər gün ərzində bir stəkan çuğundur suyu içməyi təklif edirlər.

Sussex Universitetinin mütəxəssisləri isə qeyd edirlər ki, məşqlər zamanı insan özünü tam hazırlamalı və bir müddət idmanla məşğul olduqdan sonra dayanmamalıdır. Hətta, lazım gəldikdə özünü məşq etməyə sövq etməlidir.

Uzun müddət məşq etdikdən sonra nə qədər çəki atdığınızı da ölçün. Əgər siz sağlam və doğru şəkildə artıq çəkidən azad olmaq istəyirsinizsə mütləq mütəxəssislərin məsləhətlərindən yararlanın.


Tarix: 27.12.2012 / 11:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Saglamliq