beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulaq çöpünə DİQQƏT!

Qulaq pambıqları qulaqda olan çirkləri içəri itələyib qulağı tıxayır. Buna görə də pambıqla qulağın xaricdən görünən yerlərinin nəmini almaq kifayətdir. Qulaqda yığılan çirkləri səhv qaydada təmizlədikdə qulaq tıxana bilər.

Qulaq çirki necə yaranır?

Bədəndəki bir çox orqanlar özünəməxsus maddə ifraz edirlər. Ağzımızdakı selik ifrazı, burnumuzdakı maye ifrazı kimi qulağımızın da ifraz etdiyi maye var. Bu ifrazat tüpürcək kimi sulu maye deyil. Ağzımızdakı tüpürcək ifrazı daim ifraz olunur və biz bunu udaraq ağzımızı təmizləyirik.

Qulaqdakı ifrazat isə qulaqda olan kiçik, titrək tüklər sayəsində xaricə doğru yavaş-yavaş tələnir və xarici qulaq yolundan qulaq seyvanına keçir. Qulaq çirkinin yaranması insandan insana dəyişir. Çirk açıq sarı və tünd qəhvərəngi arasında olur, maye və ya qatı halda görünür. Bəzi insanların qulağında bu ifrazatı xaricə atan mexanizma daha az işləyir ya da xarici amillərlə pozulur və bununla əlaqədar qulaq yolunda çirk yığılır.

Eşitmə itkisinin yaranmasına səbəb olur. Çirkin xaricə çıxma mexanizmi belə pozulur:

Qulaq çirki qulaq pampığı ilə təmziləndikdə həm qulaq yolundakı çirk biraz içəriyə doğru itələnir, həm də qulaq ifrazatını xaricə atan tüklərin hərəkəti qısa müddətli də olsa pozulur. Bu vaxt maye ifraz olunmağa davam edir, lakin, tüklər işləmədiyi üçün xaric olunmur. Bir müddət sonra bu tüklərin daşıma gücündən artıq maye ifrazatı yığılır. Həmin maye xaric olunmadığı üçün də yığılaraq qulaq kanalını tamamilə bağlayır və problem yaranır. Bu, qulaq kanalını tamamilə doldurana qədər ağrı vermir.

Qulaq çöpləri qulağın girişinə yarım santimetr və ya 1 santimetr qədər salınıb təmizlənməlidir. Çünki, qulaq pərdəsi təxmini 2,5-3 santimetrdə olur. Xüsusilə də, duşdan sonra qulaq yolunun girişindəki nəmi almaq məsləhətdir. Qulaq kanalı 78 millimetr genişliyində və silindir şəklindədir. Burada balaca bir dəlik də qalsa, eşitmə problemi yaratmır, sadəcə tutqunluq yaranır.

Əsasən də, dənizə və ya hovuza gedərkən və ya duşdan sonra, yığılmış qulaq ifrazatı su ilə şişib qulaq kanalını tamamilə qoldurarsa eşitmə itkisi və tutqunluq hiss edilə bilər. Hə a vaxtaşırı qulaq çınlaması və baş dönməsi da ola bilər.


Tarix: 27.12.2012 / 11:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Saglamliq