beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq əmizdirən qadın pəhriz saxlaya bilərmi?

Hamiləlik zamanı qadınların həddən artıq kilo almaları, doğuşdan sonra onları narahat edən ən böyük problemə çevrilir.

Bəzi xanımlar düşünürlər ki, uşaq dünyaya gətirəndən sonra, körpəsinə ana südü verdiyi üçün anaların pəhriz saxlamaları doğru deyil.

Mütəxəssislərin verdikləri bəzi məsləhətlərə əməl edərək yenicə ana olmuş qadınlar pəhriz saxlaya biləcəklər. Pəhriz üzrə ekspert olan Selahettin Dönmez, uşaq əmizdirmənin ananın sağlamlığı üçün çox faydalı olduğunu deyib və əlavə edib ki, nə qədər ana övladını ana südü ilə qidalandırırsa onun enerjiyə, zülala, vitamin və minerallara ehtiyacı daha da artır.

Uşaq ana südü vasitəsilə enerjinin böyük bir qismini anasından aldığı üçün də, yenicə ana olmuş qadın nisbətən arıqlmağa başlayır.

Ilk olaraq, yadda saxlayın ki, əgər siz bu yaxınlarda ana olmuşsunuzsa qızartma yeməklərdən uzaq olmalısınız. Əmizdirən qadın dərman, spirt və siqaret istifadə etməməlidir. Xeyli miqdarda çiy, təzə tərəvəz və meyvə qəbul edilməlidir.

Uşaq əmizdirən analara pəhriz resepti:

Səhər yeməyi –
1 stəkan süd
1 ədəd yumurta
5 ədəd zeytun
1-2 dilim çörək
1 x/q bəhməz
1 ədəd meyvə
1 ədəd kök yaxud da pomidor

Nahar –
1 boşqab ətli tərəvəzli yemək
1 kasa plov və ya makaron
1 kasa qatıq
1 dilim çörək
Az yağlı olan mövsümə uyğun hər hansı bir salat

Amma yemək arasında 1 stəkan meyvə şirəsi, pendir də qəbul edə bilərsiniz.

Şam yeməyində də naharda təklif edilən qidalardan yeyə bilərsiniz.

Yatarkən isə 1 stəkan süd için.


Tarix: 27.12.2012 / 11:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 480 Bölmə: Saglamliq