beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayram sevinc günləridir

Ramazan ayi bitdiyi üçün deyil günahlarımızın əfv oldunduğu, böyük savab və nemətlərə qovuşduğumuz üçün bayram edirik. Hədis şərifdə buyurlur: “Bayram səhəri Müsəlmanlar, namaz üçün məscidə toplananda, Allahu Təala mələklərə, “ işini görüb tamamlayanın qarşılığı nədir? deyə soruşar. Mələklər də: “Haqqını almaqdır” deyərlər. Allahu Təala da, “Siz şahid olun ki, Ramazandakı orucların və namazların qarşılığı olaraq qullarıma öz rizamı və məğfirətimi verdim. Ey qullarım, bugün məndən istəyin, izzət və camalımın haqqı üçün istədiklərinizi verərəm” byurdu. (Bəyhaqi)

Peyğəmbərimiz (s.a.v.): “Ramazanın son günü Allahu Təala, oruc tutanları əfv edə”) buyuranda, Əshabi kiram: “Ya Rəsulallah, o gün Qədr Gecəsidirmi?” deyə sual verdi. Peyğəmbərimiz (s.a.v.): “Bilmirsinizmi ki, iş görənə, işi bitən kimi haqqı verilir?” buyurdu. (Bəyhaqi)
Bu mükafatları bilən bir Müsəlman necə olar bilər ki sevinməsin və bayram etməsin? Bayram günləri sevinmək, nəşələnmək gərəkdir. Hz. Əbu Bəkr, qızı Aişə validəmizin evinə gedəndə, iki cariyənin dəf çalıb oynadığını gördü. Ənsari kiramın qəhrəmanlıqlarını öyür, dastan söyləyirdilər. Hz. Əbu Bəkr, Rəsulullahın evində belə şey ediləməyinin uyğun olmadığını bildirərək, onların susmağını söylədi. Peyğəmbərimiz (s.a.v.), Hz. Əbu Bəkrə, “Onlara mane olma! Hər qövmün bir bayramı var, bu da bizim bayramımızdır. Bayram sevinc günləridir.” deyə buyurdu. (Buxari)
Hz. Əli buyurdu ki:
(Bugün, orucu qəbul edilmiş, zəhmətinin mükafatını görmüş və günahları bağışlananların bayramıdır.)
Xoşbəxtlik günahlardan qorunub oruc tutanlarındır. Bunlar, həqiqi bayramı axirətdə edəcəklər. İncik olanların, bayramı gözləməyib dərhal barışması gərəkdir. Allahu Təalanı və Peyğəmbərimizi sevən insan başqalarının qüsurlarına baxmaz, xoşrəftar olar. Yaxşı insan, yəni mömin hərkəslə yaxşı keçinər. Başqalarına sıxıntı vermədiyi kimi, onlardan gələn əziyyətlərə də qatlanar. Heç kəslə küsməməli, incilik olmuşdursa, bu hal 3 gündən artıq davam etməməlidir. Bayrama qədər davam edən bir inciklik olmuşdursa, daha artıq gecikmədən barışmaq gərəkdir. Hədisi şərifdə buyurulur ki: “ Din qardaşı ilə üç gündən çox küsülü qalmaq caiz deyildir. Üç gündən sonra, onunla qarşılaşarsa, ona salam verib, xətirini soruşmalıdır. O insan salamı alarsa ortaq olarlar. Əgər salamını almazsa günaha girmişdir. Salam verən də
küsülü qalmaq məsuliyyətindən qurtlumuş olar.” (Əbu Davud)
Uca Rəbbimizdən biz Müsəlmanları yeni Ramazanlara qovuşdurmağı diləyirik inşallah. Bütün Orucların, namazların və xeyir əməllərin qəbul, duaların məqbul olması diləyi ilə Bütün Müsəlmanların Ramazan bayramı mübarək olsun!
İstiqbal möminlərindir!


Tarix: 04.05.2013 / 17:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Ramazan