Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruclu orucunu hansı yeməklə açarsa daha fəzilətli olar?

Sual 126: Oruclu orucunu hansı yeməklə açarsa daha fəzilətli olar?

Cavab: Yaş xurma ilə orucu açmaq daha fəzilətlidir. Tapmazsa quru xurma, onu da tapmazsa su ilə orucu açmaq daha fəzilətlidir.
Buna dair dəlil Aişəyə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdir. Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər sallallahu aleyhi və səlləm bir neçə yaş xurma ilə orucunu açardı, onu tapmadıqda bir neçə xurma ilə, onu da tapmadıqda isə bir neçə qurtum su ilə açardı”.
Bunu da tapmazsa mübah sayılan istənilən bir yeməklə orucunu aça bilər.
Heç bir şey tapmazsa orucunu açmağa niyyət edir.
İbn Cibrin, Fətəvə əs-Siyam, səh.15


Tarix: 02.04.2013 / 20:36 Müəllif: *Beyaz_Gul* Baxılıb: 107 Bölmə: Ramazan
loading...