beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On bir ayın Sultanı Ramazan gəlir

Aləmlərə rəhmət olan Peyğəmbərimizdən öyrəndiyimiz, “Ey Rəbbimiz, bizə Rəcəb və Şəban ayını mübarək qıl və bizi Ramazana çatdır” duaları ilə yenə yeni bir Ramazan iqliminə doğru irəliləyirik.
Ramazan ayı, “Əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən qurtuluşdur.” müjdəsi ilə bütün möminləri sevindirir.
Ramazanda hər birimiz daha da dinimzə bağlanırıq. Ətrafımızda olan insanların daha anlayışlı , daha sakit olmağı bizi çaşdırmır.
Könülərin yumuşalıdığı, rəhmət pəncərələrinin bir-bir açıldığı gecələr, günlər və anlar biri- birini izləyir. Ramazanını hər günü və hər anı rəhmət, məğfirət və salamatlıqdır.

Şükür duyğusu
Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da ziyadələşdirir.Bir quru çörəklə bu isti günlərdə bir az suyun qiymətini daha yaxşı dərk edirik. “Rəbbim, rəhmətindən göndərdiyin su nemətinə hədsiz şükürlər olsun.” deyir, aclığımızı, əslində şükürdə nə qədər geri qaldığımızı dərk edirik.

* Öyrənməyin yaşı yoxdur
Bu ayda yeni şeylər öyrənirik. Öyrəndiklərimizin mənalarını daha yaxşı anlayırıq. Zehnimizdə, qəlbimizdə yeni- yeni fəqli pəncərələr açılır. Quranla daha çox həmhal oluruq. Oxumağı bacarmırıqsa oxumağı öyrənirik və daha çox oxumağa səy göstəririk.

Yardımlaşmaq zamanı
Zəkat üçün bəlli vaxt yoxdur. Dinə görə zəkat düşən malınızın üstündən bir il keçdikdən sonra zəkat vermək gərəkdir. Amma Ramazanda edilən ibadətlərin birə on, birə yetmiş hətta birə yeddi yüz qat savab gətirdiyini bilən müsəlmanlar, zəkatlarını Ramazanda verir, həm rəhmət xəzinəsindən yararlanmağı, həm də ehtiyacı olan insanları Ramazanda sevindirməyi düşünürlər. Dinə görə zəngin olanların zəkatlarını hesablamaqları, sədəqələri bir kənara ayırmaqları, sədəqeyi-fitrəni ərəfə gününə qədər gecikdirməmiş verməkləri gərəkdir.

Quran ayı
Bizə əyrini və doğrunu ancaq Rəbbimiz göstərə bilər. Allahu Təala belə buyurur: “Ramazan ayı insanlara yol göstərən, doğrunun və doğrunu əyridən ayırmağın açıq dəlilləri olaraq Quranın endirildiyi aydır...” (Bəqərə, 185) “Ey iman edənlər! Oruc sizdən əvvəlki ümmətlərə fərz olunduğu kimi sizə də fərz olunmuşdur. Artıq pisliklərə qarşı özünüzü qoruyarsınız” (Bəqərə, 183) Möminlərə fəzilət və bərəkət qazandıran Ramazan ayında nəfsani arzular deyil, insani dəyərlər önə çıxmalı, günümüz, gecəmiz Quranla keçməlidir.

Niyə ac qalırıq?
İnsan nəfsini tərbiyə edən ən böyük imtahan aclıqdır. Nəfsin acizliyini, gücsüzlüyünü anlayan; bir tikə çörək, bir az su içə bilməsə heç nə edə bilməyəcəyini gördüyü ibadət oruc ibadətidir. Bir mömin ac qalmaq üçün deyil, ruhundakı lətif və başqa gözəllikləri bəsləmək üçün ac qalır. Maddi və mənəvi saysız gözəlliklərin yaşandığı və mükafatların hədsiz olaraq verildiyi bu mənəvi iqlimi çox yaxşı dəyərləndirməliyik.Özümüzə dönərək, qəflət və cəhalətlə içində keçən günlərimizi hesaba çəkməli, xəta və günahlardan təmizlənmək istəyimizi artıraraq özümüzlə hesablaşmalıyıq.

Ramazan rəhmət, bolluq və bərəkət ayıdır. Rəhmət və məğfirətə hər zaman ehtiyacımız var. Əvvəlki Ramazanda nə qədər çox ibadət etməyə səy göstərirdiksə, bu il bir qat daha artıq ibadətə cəhd və səy etməliyik.
Ramazanda edilən xeyir və ibadətlərə qat- qat artıq savab verildiyi üçün adi günlər kimi keçirməməliyik. Bu ayda daha çox zikr, şükür, təfəkkür, ibadət, xeyir və saleh əməllərlə məşğul olmağa çalışmalıyıq.
Sağlamlıq və xoşbəxtliyin sadəcə mədəni doldurmaq olamdığını öyrədən, ruhu yüksəldən, sevinc və ümidlə qarşılanan günlər gəlir. Ramazan, bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır. Həyatın içinə başqa bir həyat yaşadan, mələkləri insanlara qiptə etdirən, qəzəb və xudbinliyin qarşısını alan müqəddəs gün və gecələr gəlir.
Qurani Kərimin vəhy edilməyə başlandığı və min aydan daha xeyirli Qədr gecəsinin olduğu bir ay Ramazan gəlir.
İstifadə edə bilənlər üçün mühüm bir fürsət və rəhmətə çatmağın yolu bu aydadır.
Qulluğun mənasını bütünlüklə öyrədən və duyğuları ucaldan Ramazan, hər evə ayrı bir sevinc gətirir.
Kasıbın, darda qalanın, qəribin həsrətlə gözlədiyi yardımlaşmaq mövsümü Ramazan gəlir. Sadəcə məscidləri deyil, küçə və meydanlarda birlikdə təkbirlərlə səcdə etməyin, yenidən qardaşlaşmağın mövsümü Ramazan gəlir...
Günün erkən vaxtlarında, nura qaçan, ümidlə coşan, birlik və bərabərlik göstərən İlahi Bayram günləri gəlir...Müqəddəs günlər gəlir...
Bayramlarda milyonları bir yerə gətirən, örnəkləşən Rəbbani günlər gəlir....Hər birimizə xeyirli olsun İnşallah bu Ramazan! On bir ayın sultanı Ramazan ayınız indidən Mübarək olsun!


Tarix: 04.05.2013 / 17:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Ramazan