Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Oruclu insan gün ərzində səfərə çıxarsa, orucunu aça bilərmi?

Sual: Keçən gecədən oruc tutmağa niyyət edib səhər oruc tutmağa başladım. Gündüz əsnasında səfərə çıxmaq qərarına gəlirəmsə, orucumu aça bilərəm, yoxsa orucu tamamlamalıyam?

Cavab:

Həmd Allaha məxsusdur.

Bəli, gün əsnasında səfərə çıxarsa orucunu aça bilər. Bu İmam Əhmədin (Allah ona rəhmət etsin) rəyidir.

Bax “əl-Muğni”, 4/345

Quran və Sünnə buna dəlalət edir.

Allah təala buyurur: “səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.)” [əl-Bəqərə 2:185]

Gün ərzində səfər edən kəs “səfərdə” sayılır. Odur ki, orucunu aça bilər və şəriətdə misafirlərə bəxş edilən rüxsətdən (güzəşt,icazə) faydalana bilər.

Sünnədən: Əhməd (26690) və Əbi Davud (2412) rəvayət edirlər ki, Übeyd ibn Cəbr dedi: Mən, Allah Rəsulunun səhabəsi Əbu Bəsrə əl-Ğifari ilə gəmi ilə Fustatdan Ramazan ayında səfər etdim. O yola düşdü, sonra günorta yeməyi gətirdilər. (Əhmədin nəql etdiyi rəvayətdə belə deyilir: Biz Mərsənədən yola düşdükdə, o süfrə hazırlanmasını istədi). Sonra o dedi: Yaxınlaş çörək ye. Mən dedim: Məgər hələ də evləri görmürük? Əbu Bəsrə dedi: “Məgər sən Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə riayət etmək istəməzsən?!”

İbn əl-Qeyyim “Təhzib əl-Sünən” əsərində deyir:
Gün ərzində səfər edən kəsin orucunu aça biləcəyinin icazəli olduğunu söyləyən kəslər üçün bunda dəlil var. Bu İmam Əhməddən nəql olunan iki rəvayətdən biri və Amr ibn Şurahbil, əl-Şubi və İshaqın rəyidir. Həmçinin bu barədə Ənəsdən hekayə olunur və Davud, İbn əl-Munzirin rəyidir.

Şeyxu-l İslam ibn Teymiyyə “Fətvalar Məcmusu”, (25/212) əsərində deyir:
Bu barədə elmi əhli arasında məşhur iki rəy var. Hər ikisi Əhməddən nəql olunub. Daha doğru rəy bunun icazəli olduğunu bildirən rəydir. Belə ki, Sünəndə sübuta yetirilib ki, Səhabələrdən bəziləri gün əsnasında yola düşdükdə oruclarını açardılar və bildirmişdirlər ki, bu cür etmək Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsidir. Həmçinin “Səhih” də sübuta yetirilib ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) səfərə çıxmağa niyyət etdi və sonra su istədi, insanlar ona baxdığı halda orucunu pozdu.

Bax Şərh əl-Mumti, 6/217

Lakin, səfərə başlayıb yaşadığı şəhəri tərk etmədikcə (ayrılmadıqca) orucunu açmamalıdır. Şəhərdə olduğu müddətcə orucunu aça bilməz.

Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, “Şərh əl-Mumti”, 6/218 əsərində deyir:
Əgər gün ərzində yola düşürsə, orucunu aça bilər. Lakin, əvvəlcə yaşadığı kənddən ayrılması şərt olaraq irəli sürülürmü? Və yaxud səfər etmək barədə qərar veribsə yola düşməzdən öncə orucunu aça bilərmi?

Cavab budur ki, sələfdən bu barədə iki rəy nəql olunub. Doğru rəy budur ki, yaşadığ şəhəri və yaxud kəndi tərk etmədikcə orucunu açmamalıdır. Çünki, o hələ səfər etmir, daha doğrusu səfər etməyə niyyət edib. Ona görə də, şəhəri və yaxud kəndi tərk etmədikcə namazlarını qısaltması icazə verilmir. Eləcə də, eynilə şəhəri və yaxud kəndini tərk etmədikcə orucunu aça bilməz.


Tarix: 03.04.2013 / 22:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Ramazan
loading...