Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fitrə zəkatı haqda alimlərin fətvaları

1.Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur.

2.Sual: Fitrə Zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.

3.Sual:Fitrə zəkatı vacibdir yoxsa sünnətdir?
Cavab: Fitrə zəkatı hər bir müsəlman üzərində vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə bu zəkatı fərz etmişdir.

4.Sual: Fitrə zəkatını verməkdən imtina edənin hökmü nədir?
Cavab: Onu verməkdən imtina etmək haramdır. Çünki bu cür etmək Peyğəmbərin ona Allahın salavatı və salamı olsun fərz etdiyinə təcavüz etməkdir. Məlum olduğu kimi fərz olunan şeyin tərki haramdır. Bu zəkatı verməkdən imtina edən adam Allaha asilik edir və günah qazanır.

5.Sual: Fitrə zəkatı kimə vacib və kimə müstəhəbdir?
Cavab: Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Həmçinin səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Əvəzinə verilməsi müstəhəb olan ana bətnində olan uşaqdır. Bu Fiqh alimlərinin rəyidir.

6.Sual:Ev sahibi fitrə zəkatını ev əhlinin (bütün ailə üzvlərinin) əvəzinə verməlidirmi?
Cavab: Müsəlman şəxsə özü və ailəsi, yəni: uşaqları, arvadları, kölələri və s. üçün fitrə zəkatı çıxarmaq vacibdir. Bu vaciblik, həmin ailənin bir günlük yemək və içmək ehtiyatı olduğu halda təyin olunur.

7.Sual: Fitrə zəkatında verilən yeməklər məhduddurmu?
Cavab: Fitrə zəkatı hər ölkənin yemək adətləri olan şeylərdən çıxarılır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun bunu təyin etməmişdir.

8.Sual: Fitrə zəkatını yeyinti məhsullarından başqa şeylərlə ödəmək olarmı?
Cavab: Fitrə zəkatı yalnız hədisdə adı keçən yeyinti məhsullarının cinsindən olmalıdır. Məsələn: Fitrə zəkatında ət, paltar, həmçinin pul da vermək olmaz.

9.Sual: Fitrə zəkatı nə vaxt çıxarılır?
Cavab: Fitrə zəkatı bayram namazına çıxmazdan əvvəl çıxarılır. Amma bunu bayram namazından iki gün əvvəl də etmək olar. Yəni 28-ci gecədən başlayaraq fitrə zəkatını çıxartmaq olar.

10.Sual:Fitrə zəkatını bayram namazından əvvəl çıxartmağı unudubsa nə etməlidir?
Cavab: Fitrə zəkatını namazdan əvvəl çıxartmaq vacibdir. Kim ki, unudarsa onun borcu yalnız fitrəni çıxartmaqdır. Çünki bu fərzdir və bunu yadına düşən zaman çıxartmalıdır. Buna baxmayaraq fitrəni namazdan sonraya saxlamaq olmaz. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrəni namazdan öncə çıxarmağı müsəlmanlara əmr edib.

12.Sual: Fitrə zəkatını ramazanın ilk günləri çıxartmaq olarmı?
Cavab: Bu məsələ alimlərin arasında ixtilaflı məslədir. Amma daha doğru olan rəy odur ki, fitrə zəkatı bayramdan bir-iki gün və ya bayram namazina çıxmadan öncə verilməlidir ki, kasıb adam bayram günü evində yeməyə bir şey tapsın və gedib başqasından istəməsin.

13.Sual: Fitrə zəkatının veriləcək yerləri hansılardır?
Cavab: Fitrə zəkatı yalnız kasıblara verilir. Abdullah ibn Abbasdan Allah ondan razı olsun gələn hədisdə deyilir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını oruc tutanın təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir". Buna görə də fitrə zəkatı yalnız kasıb və müsəlman olan adama verilir.


Tarix: 04.05.2013 / 18:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Ramazan
loading...