beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZANLA ƏLAQƏLİ ƏN ÇOX SORUŞULAN SUALLAR VƏ CAVABLAR

1. Qədr gecələri axırıncı 10 günün hansı gecələrinə təsadüf edir?

-Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb gecə namzlarını qılmaqla, Quran və dini kitablar oxumaqla məşğul ola bilərsiniz.

2. Qədr gecəsinin müəyyən əlamətləri varmi?

-Qədr gecəsinin əlamətləri:
Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” (əl-Qədr surəsi 5-ci ayə).

- Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.” (Bu hədisi Muslim, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir).

3. İnsanın başına gələcək hadisələr hər il Qədr gecəsində müəyyən olunur, yoxsa əvvəldən lövhi-məhfuzda muəyyən edilib?

-Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuada əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur.” (əd-Duxan surəsi 3, 4-cü ayələr).

4. Oruc tutduqda agıza yığılan suyu(tüpürcəyi) udmaq olarmı?

-Ağıza yığılan suyu (tüpürcəyi) udmaq orucu pozmur. Çünki, tüpürcəyin orucu pozması haqqında heç bir dəlil yoxdur.


Tarix: 06.01.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Ramazan