Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN SONRAKI TƏƏSSÜRATLAR

Şübhəsiz ki, həmd ALLAH`adır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq. ALLAH kimi hidayətə yönəltsə, onu heç kim azdıra bilməz, kimi azdırsa, ona hidayət edən olmaz. Şəhadət edirəm ki, ALLAH`danbaşqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur.

“Ey iman gətirənlər! ALLAH`dan layiqincə qorxun! Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!”( Ali İmran surəsi, 3/102)
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox insan və qadınlar törədən RƏBB`inizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz ALLAH`dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! şübhəsiz ki, ALLAH sizin üzərinizdə gözətçidir ( ən-Nisa surəsi, 4/1.)

“Ey iman gətirənlər! ALLAH`dan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, ALLAH) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs ALLAH`a və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.” (əl-Əhzab surəsi, 33/70-71.)

İslam qardaşları!.. Günlər və gecələr çox tez keçir. Aylar və illər nə tez sona çatır! Dünya belədir. Hər şey sürətlə keçir və gözdən itir. Onlar daimi deyildir. Bu, ALLAH`ın yaratdıqları ilə bağlı sünnəsidir. Dövrlər və mərhələlər müəyyən əcəllə keçir. Hər əcəl üçün bir yazı vardır. Ağıllı və düşüncəli insanlar bu həqiqətləri layiqincə dərk edirlər. Zamanın keçməsindən çox böyük ibrət alırlar. Günlərin keçməsi böyük işarələrdir. Uca ALLAH belə buyurur:
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (ALLAH`ın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.” (Ali İmran surəsi, 3/190)

Ey İslam ümməti! Bir qədər əvvəl Ramazanla vidalaşdıq. O sanki, xəyali qonaq idi. Nə tez keçdi, nə sürətlə bitdi! Verdiyi və qətiləşdirdiyi hökm üçün ALLAH`a həmd olsun. Bağışladığı və nemətləndirdiyi üçün Ona şükürlər olsun.
Bəli, Ramazan səhifəsı artıq büküldü. Qazanan qazandı, itirən itirdi.
“Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) badıran isə, əlbəttə, ziyana uğrayacaqdır” ( əş-Şəms surəsi, 91/9-10.)
Ramazan ayı, etdiyiniz əməllərinizə şahid olaraq getdi. Görəsən əməlləri qəbul edərək, yoxsa itirənlər səbəbilə pisləyərək getdi? Kim yaxşılıq edibsə, yaxşı əməlini tamamlasın. Kim də pis əməl edibsə, əməlini yaxşılıqla sona çatdırsın. Çünki, əməllər, nəticələrinə görədir.
İslam qardaşları! Ümmətin daim özünə diqqət yetirməyə, düşünmək üçün bəzi fürsətlərə, vəziyyətini gözdən keçirmək üçün bəzi çarələrə, gələcəyi ilə bağlı addımlarını, bu günə və sabaha işarə edən ibrətlərə və ibrət alacağı həllərə böyük ehtiyacı vardır. Ramazan ayında ümmətin fərd və cəmiyyət olaraq, idarə edən və idarə olunan kimi çalışmalarını nizamlamaq, vaxtı keçirməzdən əvvəl vəziyyətlərini düzəltmək üçün böyük fürsətlər vardır. Ramazanda kifayət qədər işarələr və böyük ibrətlər vardır. Bunlar, şeytanla mübarizə əzmi verməli, ümməti doğru yolda sağlam şəkildə getməyə sövq etməlidir. Bu ibrətlər, müsəlmanı bütün fəsadlardan və həddi aşma hallarından uzaqlaşdırmalıdır.
Ey ALLAH`ın qulları! İslam şəriətində bitməyən sirlər və böyük məqsədlər vardır. Orucun məqsədlərindən biri də, müsəlmanın vicdanında təqva sifətini geniş mənada və incə şəkildə (ALLAH qorxusu) yerləşdirmək üçün böyük vasitə olmasıdır.
Ey müsəlman! Orucu, güclü iradə, davranışları nizamlayan, nəfsləri, xüsusiyyətləri düzəldən, insanın daxilini və xaricini gözəlləşdirən, xeyirlərə qarşı iradə qüvvəsi, əməllər və qəlblər üçün təmizlik və saflıq verən vasitə kimi qəbul et. Var qüvvənlə, tənbəllik etmədən, fəzilətli əməllərə gözəl davranışlara davam et. Pis əməlləri düzəltməyə çalışan, əksiklikləri tamamlayan, hidayət, xeyir və doğruluq baxımından zəifləyən yönləri qüvvətləndirən biri yoxdurmu?
Uca ALLAH belə buyurur:

“(Ey möminlər!) ALLAH yolunda layiqincə cihad edin …” ( əl-Həcc surəsi, 22/78.)

Müsəlman qardaşım!.. Xeyirli əməldə istiqamətə və hidayətdə dözümlü olmağa dəvətlə bağlı Quranın istəkləri, bir-birinin ardınca gəlir.
RƏBB`imiz belə buyurur:

“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (ALLAH`ın əmrlərini pozub) həddi aşmayın, çünki, O sizin nə etdiklərinizi görəndir!” ( Hud surəsi, 11/112.)
İlahi tövsiyələr fərdlərə və cəmiyyətlərə yönəlir, İslama əməl etməyi, dinin metodu ilə getməyi, mükəmməl və doğru şəkildə daima dinin qaydalarına bağlı olmağı, əmrlərinə tabe olmağı və qadağalarından çəkinməyi təmin edir. Peyğəmbərlik çağırışını dinlə! İbrətlərlə dolu və böyük mənalar daşıyan, sözləri az, lakin ibrətləri çox böyük olan vəsiyyəti sənə qısaca bildirir. Bu peyğəmbərimiz Muhəmmədin  bütün ümmətə vəsiyyəti, eyni zamanda imanı bütöv şəkildə almağı, doğru etiqada bağlı olmağı, ibadətlərdə səbr etməyi, haramlardan çəkinməyi, fəzilətlərin gözəlliklərinə və yaxşı davranışlara tabe olmağı zəruri edən vəsiyyətdir.
Rəsulullah , bir bədəvi Ona: “Mənə İslamdan elə bir söz de ki, səndən sonra onu heç kimdən soruşmayım” dedikdə, belə buyurur:

“ALLAH`a iman etdim de! Sonra doğru ol!”

Şübhəsiz ki, bu, ALLAH`ın izni ilə hər sahədə yaxşı həyat tərzini, möminlərin əbədi səadət və etibarlı aqibətini təmin edir.
“Şübhəsiz: “RƏBB`imiz ALLAH`dır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (Qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəmqüssə də görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!”( əl-Əhqaf surəsi, 46/13-14.)

Ey müsəlmanlar! Bu böyük ümmət müxtəlif maneələr, xəstəliklər görür, bəla və müsibətlər, çətinlik və fəlakətlər yaşayır, parçalanma və zəifliyin, bölünmənin və gücsüzlüyün acısını çəkirlər. Məgər bu acı həqiqəti və səhv gedişatı dəyişməyin, bütün bu problemlərin əsas amillərini dərk etməyin vaxtı gəlmədimi?Uca ALLAH belə buyurur:
“İman gətirənlərin qəlblərinin ALLAH`ın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!…” ( əl-Hədid surəsi, 57/16.)

Ümmət bu günlərdə Ramazanla vidalaşarkən çətin vəziyyətlərinə və qanayan yaraları ilə də vidalaşmaları nə yaxşı olardı. Bunun üçün də dininə bağlı hərəkət etməkdən, RƏBB`inin Kitabı və Peyğəmbərinin sünnəsindən ibarət mükəmməl metoda bağlı olmaqdan faydalı və müvəffəq yol yoxdur. Hər cəhətdən ALLAH`ın dininə yardım etmək, Onun məzlum qullarından zülmü və pisliyi aradan qaldırma vəzifəsini yerinə yetirə bilmək üçün çalışmaq və ALLAH`a qarşı səmimi olmaq, bu metodun zərurətlərindəndir. Uca ALLAH belə buyurur:
“Mömin insanlarla mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar)…”( ət-Tövbə surəsi, 9/71.)

İslam qardaşları! Bu ümmətin vəzifəsi, düşmənın təhlükələrini, müsəlmanların inanclarını və sabitliklərini sarsıtmağı hədəf alan, gələcəkləri üçün təhlükə yaradan planlarını dərk etməkdir. Gizli şəkildə bir çox qaranlıq hadisələr baş verir və yalnız ALLAH`ın bildiyi böyük planlar hazırlanır.

Bu gün beynəlxalq sionizm dünyanı bəlalara və fəlakətlərə sürükləyir. Muhəmməd  ümmətinin qarışıqlıq və fitnələrə, çətinlik və müsibətlərə düşməsini istəyir. Ey Muhəmməd ümməti! Bu dinə sıx bağlı olun! Müsəlmanlar bilməlidir ki, burada əsas hədəf ümməti təməldən sarsıtmaq və varlığını dəstəkləyən ən böyük sütunu təsir altına salmaqdır. Uca ALLAH belə buyurmuşdur.

“Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər …” ( ən-Nisa surəsi, 4/89.)

Muhəmməd  ümməti dininin m¬sədlərini, yaradanın kəlamının hədəflərini yaxşı dərk etməli, İslamın prinsiplərini və təlimlərini öyrənməlidirlər. Əks halda, (ALLAH qorusun) gücsüzlüyünün və RƏBB`inin hidayətindən uzaq qalmasının qurbanı olar.

“De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. ALLAH, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər …” ( ət-Tövbə surəsi, 9/105.)

Uca ALLAH məni və sizi böyük Quran ilə mübarək qılsın...
Ehsanı üçün ALLAH`a həmd olsun. Müvəffəq qılması və nemətləndirməsi səbəbilə Ona şükürlər olsun. ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud olmadığına şəhadət edirəm. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH, Ona, ailəsinə və əshabına xeyir-dua etsin.
Şübhəsiz ki, sözlərin ən doğrusu ALLAH`ın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin yolu, əməllərin ən pisi sonradan uydurulan əməllərdir. Sonradan uydurulan hər əməl bidət, hər bidət azğınlıq və hər azğınlıq cəhənnəm odudur.
Ey müsəlmanlar!.. Xoşbəxt insan, vaxtını, axirətini düşünüb tədbir görən, Dünya arzusu yaradanın haqlarını yerinə yetirməsinə mane olmayan, dünyaya rəğbəti onu axirət həqiqətlərindən uzaqlaşdırmayandır. Ey ibadətin dadını duyan insan! Günah acısını dadmaqdan çəkin!..
Ramazanda olduğun kimi Ramazanın xaricində də yaxşı və təmiz ol!. Ey müsəlman, bil ki, Ramazan orucu tutan və ona Şəvvaldan altı gün əlavə edən bütün il oruc tutmuş kimi olar. Bu, Rəsulullahdan  “səhih” olaraq rəvayət edilmişdir.
Şəvval ayında altı gün oruc tutmaq müstəhəbdir. Ramazan orucundan qəzası olan ən əvvəl qəza orucunu tutmalıdır. Fərz olanı tutmaq da mühümdür.
Bilin ki, ALLAH sizlərə böyük Peyğəmbərinə xeyir-dua etməyinizi əmr etmişdir...


Tarix: 04.05.2013 / 18:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Ramazan
loading...