beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yesai Əbu Musa

Pavlikanlara qarşı mübarizəsi
"Ağvan tarixi"ndə qeyd edilmişdir ki, təqribən 830/1-ci ildə pavlikianlar Bercor vilayətinə və Artsak əyalətindəki Ureas, Kamakaş, Həkəri və Tapat kəndlərinə basqın etmişdilər, lakin knyaz Stepannos Ablasad onları Babəkin köməyi ilə məğlub etdi. Erməni tarixinin 279 (830-831)-cu ilində pavlikian başçıları Davon və Şapux knyaz Ablasadı öldürdülər və yenidən üsyan edən pavlikianlar Qoroz qalasında möhkəmləndilər və "Ağvan tarixi"nin verdiyi məlumata görə, 12 il ərzində Arranın aşağıdakı vilayətlərini əllərində saxladılar: Yuxarı Vaykunik Bercor, Sisakan [və Kotak], [Mivs] Haband, Amaras, Pazkank, Mxank və Tri . "Bundan sonra Ablasadın yaxın adamları onun qatillərini tutub əzabla öldürdülər və Ablasadın bacısı oğlu olub, dinclik sevən və Əbu Musa adlanan Yesai həmin vilayətləri tutdu [və] hamısına hökmranlıq etdi"'.
Erməni tarixinin 289 (840-841)-cu ilində pavlikianlar yenidən üsyan qaldırdılar və mənbəyin verdiyi məlumata görə, Sisan Cor və Amaras mahallarını talayıb viran etdilər. Əbu Musa adlanan Yesai də onlara qarşı qalxaraq darmadağın etdi. Gördüyümüz kimi, bu zaman güclü və nüfuzlu knyaz olan Yesainin əhəmiyyəti yüksəldi.

Babəklə münasibətləri
Əbu Musa digər alban knyazları kimi əvvəlcə Babəklə ittifaqda olmuşdur. Babəkin zəifləməsi və kəndlilərin verə bilmədiyi taxılı feodallardan yığması Əbu Musanı ondan uzaqlaşdırmışdır. Bəzz qalası ərəblər tərəfindən işğal ediləndə Babək Səhlin yanına , onun qardaşı Abdullah isə Beyləqana gəlir və Yesai Əbu Musa Abdullahı Afşinə təhvil verir .


Tarix: 02.02.2015 / 14:49 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Qafqaz Albaniyası