beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünik - Etnik tərkibi

Kamilla Trever yazır ki: “Sünik, etnik, mədəni və siyasi baxımdan Ermənistandan daha çox Albaniyaya və Atropatenaya bağlı olmuşdur. Lakin görünür Sünik ilk alban qəbilə ittifaqına daxil olmamışdır." H. Hubşman və İ. Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlər.

VIII əsr müəllifi Stefan Sünikli yazır: “Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışırlar.” R. Açaryan yazır:

"“Erməni xalqının və erməni dilinin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Süniklinin və başqa erməni müəlliflərinin məlumatlarına əsaslanaraq demək olar ki, VIII əsrə qədər onlardan yalnız yeddisi qalmışdır. Bunlardan biri də Sünik dili idi.” "
Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, yazır:

"“Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi. Oranın əhalisinin tayfa istisnalığı qonşu dağlıq ölkədən axıb gələn köçərilərin hesabına saxlanır və bərpa olunurdu.” "
Mənbələr bizim eranın I əsrində hakimiyyətə gəlmiş ilk alban hökmdarının da Sünikin hökmdar nəslindən olduğunu bildirir. Həmin mənbələr göstərir ki, Parfiya şahı Valarşak Sisakan (Sünik) nəslindən olan Arranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak da eramızın I əsrindən Dərbənd keçidini qorumaq məqsədiylə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sünik sülaləsinə vermişdi.


Tarix: 30.01.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Qafqaz Albaniyası