beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmar Əhmədov - Şəcarəsi

Mehbalı kişi ilə Nüşapəri xanımın ailəsində dünyaya gəlmiş mərhum Şahmar müəllimin qardaş və bacıları aşağıdakılardır: Əhmədov Bəhram Həcər xanımla ailə qurub. Cavan yaşda rəhmətə gedib, Xalidə və Fatima adında iki qızı var. Əhmədov Bəhman Sozar xanımla ailə qurub. Hər ikisinin məzarı Basarkeçər rayonunun “Böyük Məzrə” kəndindədir. Elmira, Həmayil, Yaşar, Rahibə, Sədrəddin və Nəsrəddin adında övladları var. Əhmədova Rüsxarənin ilk həyat yoldaşı vaxtsız vəfat edib. Bu nikahdan Ənvər, Surəddin (vəfat edib) və Gülənbər adlı üç övladı olub. Əri vəfat etdikdən illər sonra Kəlbəcərli kürd Abbasla ailə qurub və bu nikahdan da iki qız övladı var. Əhmədov İslamın Ələddin, Yusif, Qətibə (rəhmətə gedib), Lətif, Süsən, Fazil, Şölə, Zərrin, Qafar, Qaraxan, Səfər, Mehbalı, Hafiz, Xamis, Sevda on beş övladı var. İslam kişinin məzarı Şəmkir rayonundadır. Əhmədova Gilas Məhəmməd kişi ilə ailə qurub. Hər ikisi rəhmətə gedib, qəbirləri Bakıda, “Mehdiabad” məzarlığındadır. Qənirə, Aydın (vəfat edib), Fəxrəddin, Fənara, Flora və Zərifə adlı övladları var. Əhmədov Surxay Manya xanımla ailə qurub. Hər ikisi 2013-cü ildə vəfat edib. Ulduz, Ziyafət, Afət, İlqar və Yeganə adında övladları var. Əhmədova Atlas Məzahim kişi ilə ailə qurub. Nelya, Rasim, Gülbəniz, Mahir, Ramiz adlı beş övladı olub.


Tarix: 09.02.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 170 Bölmə: Qərbi Azərbaycan