beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağbaba mahalı

Tarixi
Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi,1877-1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb.SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış,Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir.

1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır.

1930-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərli, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxstan çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. Amasiya rayonu dədə-babadan iki mahaldan-Ağbaba və Şörəyeldən ibarət olmuşdur.Ağbaba mahalının 1988-ci ilin sonuna Qoncalı, İbiş, Düzkənd, Çaybasar, Təpəkənd (Təpəköy), Şurabad (Sultanabad), Göllü, Yeniyol (Qaranamaz), Balıqlı, Xançallı, Öksüz, Güllücə, Ellərkənd (Elləryoğun), Quzukənd, Qarabulaq, Çivinli kəndləri vardır. Şörəyelin azərbaycanlı kəndləri isə-Oxçoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıx, Əzizbəyov (Qaraçantey), Daşkörpü olmuşdur.

1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda azərbaycanlılar daha ağır zərbə almış oldular. Xalq düşmənlərini, trotskiçi-buxarinçi casusları ifşa etmək məqsədilə A.Mikoyan, N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın rejsissorluğu ilə keçirilən "təmizlənmə" prossesində Moskvaya belə məlumat vermişdilər ki, Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin ilin payızında və 1938-ci ilin yazında Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz qaldılar. Minlərlə ailə sürgün edildi.

Ümumiyyətlə, Ermənistanda 30-cu illərdə 50 mindən artıq azərbaycanlılar repressiyaya məruz qalmışdılar. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın — azərbaycanlıların deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.

1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Xançallı, Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəköy, Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı

Tanınmış şəxsləri
Kamran Musayev (Kamran Kazım oğlu Musayev) — Mərkəzi Klinik Xəstəxananın baş həkimi(2009- bu günədək), Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri(2004- bu günədək).
Əli Ömərov (Əli Ömər oğlu Ömərov) — Azərbaycan Respublikasının Baş Prokuroru (1993-1994).
Əli (Alyoşa) Bayramov - şair, publisist, nasir, folklorşünas.
Qərib Məmmədov — biologiya elmləri doktoru (1991), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Buludxan Xəlilov — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999).
Tacir Səmimi – Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü.
Pərviz Abdullayev – dosent, Milli Aviasiya Akademiyası, "Uçuş aparatları və aviasiya mühərrikləri" kafedrasının müdiri.
Nazim Mustafa – Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı
Firuz Kazımoğlu — telejurnalist, ssenari müəllifi.
Mehdi Abbasov – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Yavər Həsənov — Azərbaycanın azadlığı uğrunda Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Avtandil Ağbaba - şair, publisist, folklorşünas. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Abbas Qasımov (şəhid) — 20 Yanvar şəhidi.
Aslan Bayramov — Filologiya eimləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sumqayıt Dövlət Universitetinin dekani
Məhərrəm Seyidov — Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Ədəbiyyat
Əli (Alyoşa) Bayramov - şair, publisist, nasir, folklorşünas.
Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
.Aslan Bayramov-"Qədim Oguz ellərinin-Agbaba Şorəyel və Pəmbək bolgələrinin yer-yurd adları" Bakı 1996 .Aslan Bayramov-"Kitabi-Dədə Qorqud vəQafqaz"Bakı 2003 .Aslan Bayramov"Oguz elindən Ozan dilindən" Bakı 2001


Tarix: 07.02.2015 / 13:28 Müəllif: Feriska Baxılıb: 224 Bölmə: Qərbi Azərbaycan