beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük Qarakilsə rayonu

Böyük Qarakilsə - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Pəmbək mahalı ərazisində rayon.

1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-nə qədər Böyük Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Kirovakan rayonu, daha sonra Quqark rayonu adlandırılıb. Ərazisi 766 kv.km-dir. Rayon mərkəzi Yaqublu (dəyişdirilmiş adı Meğrut) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 149 km-dir.

Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Gəncə quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisini Pəmbək yarıb keçir.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri:Hallavar, Yuxarı Kilsə, Mollaqışllaq, Xancığaz, Heydarlı, Aşağı kilsə, Vartana, Yaqublu, Arçut, Böyük Qarakilsə.


Tarix: 07.02.2015 / 14:13 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Qərbi Azərbaycan