beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - İqlim göstəriciləri

Ardanış kəndi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +35 dərəcəyədək olur.

Ən çox yağıntı may ayında olur. Yağıntının orta illik miqdarı 350-400 mm-dir. Torpağın qumsal olması ilə əlaqədar yağışın çox yağması Ardanışda çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Kəndin (yaşayış sahəsinin) əksər hissəsi qumsal torpaqlarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.

Havası yayda sərin, qışda isə soyuq olmaqla, qurudur. Ətraf ərazilər tamamilə alp və subalp çəmənlikləridir. Havanın quruluğu yüksəkliyə görə təzyiqin aşağı olmasını o qədər də hiss etdirmir. Ekoloji cəhətdən təmiz hava insanın tənəffüs sisteminin çox rahat işləməsinə şərait yaradır. İlin yağıntılı vaxtlarında belə buludlu hava şəraiti uzun sürmür. Səma ilin çox vaxtı açıq və günəşli olur. Payız və qış aylarında əsasən şimal küləkləri, yaz və yay aylarında isə əsasən şimal-şərq və şimal-qərb küləkləri üstünlük təşkil edir. Yayda dağların və dərələrin qeyri-bərabər qızması səbəbilə dağ-dərə küləkləri əmələ gəlir. Gündüz mülayim küləklər dərələrdən dağlara doğru, axşam və gecə isə soyuq küləklər dağlardan dərələrə doğru əsir. Yeri gəlmişkən, el arasında – dialektdə yağışın, qarın, küləyin, fəsillərə uyğun olaraq ayların müxtəlif adları mövcud olmuşdur.


Tarix: 07.02.2015 / 13:14 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qərbi Azərbaycan