beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərəfsə (Qarakilsə)

Tarixi
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonundakı Ərəfsə kəndi rayon mərkəzindən 20 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, dağ ətəyində yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ərəfsəcik formasında (143, s.183), Qafqazın 5 verstlik xəritəsində Ərəvsə kimi (348, s.17) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 19 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 148 nəfər, 1897-ci ildə 123 nəfər, 1908-ci ildə 168 nəfər, 1914-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1917-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 225 nəfər (415, s.77, 147), 1959 - cu ildə 478 nəfər, 1970-ci ildə 551 nəfər, 1979-cu ildə 476 nəfər (427, s.426-427) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır.

Toponim kəngərli türk tayfasından olan ərəfsəli etnonimindən (386, s.537) əmələ gəlmişdir.

Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arevis (Ərəfsə sözünün ermənicə tələffüzü) qoyulmuşdur.

Ərəfsə kəndinin coğrafi quruluşu
Ərəfsə kəndi Qafqazətəyi Zəngəzur sıra dağlarının: Salvartı dağının cənub-şərqində, Qırxlar dağının simal hissəsində və Mərcanlı düzünün şərq hisəsində və həmin istiqamətdən gələn dərələrin birləşdiyi yerdə dəniz səviyyəsindən 2600 m - 2700 m hündürlükdə yerləşır. Kəndin yeri yaşayış ücün tam uygun yerdə yerləşmişdi. Demək olar ki, 3 böyük dağ çayının və bir neçə bulaq suyundan yaranan Xırdaçayın qovşağında yerləşır. Qırxlar dağı tərəfdən gələn Dəliçay, Mərcanlı düzü istiqamətdən gələn Abuzər çayı və Salvartı dağının ətəyindən gələn Salvartı çayının qovuşduğu və kəndi iki hissəyə bölən Xırdaçayın axdığı Bazarçayın mənbəyi sayılır. Kəndə 100-ə yaxın yaşayış evi yerləşirdi. Kəndin 8 illik məktəbi, klubu, kitabxanası, Qədim məscidi və Mağazası var idi. Əkin sahələri, otlaqları və Maldarlıq fermaları var idi. Əhalisi tam türk kökənlı Azərbaycalılardan ibarət idi. Başqa millətin nümayəndəsi bu kənddə yaşamırdı Kəndin meydan hissəsndən keçən Xırdaçay kəndi iki yerə böldüyü üçün aşaöı və yuxarı məhləllərə ayrılırdı. Göstərilən Vidioda demək olar ki, kəndin Azərbaycanlı sakinləri didərgin olandan sonra dağıdılıb və bir iki qonşu erməni kəndi olan Ağkəndin erməni sakinləri yalandan kənddə yurd salmalarını göstərir. Demək olar ki, Kənd ölü kəndlər sırasındadı.. Kəndin Evlərinə Azərbaycanlı sakinlərinin zamanında Dağlardan axan bulaqların suyu çəkilmişdi Qışı sərt soyuq, Yayı isə orta istilikdə olardı. Sovet dövründə Və əvvəllər Azərbaycanlılar Azərbaycan SSR-nin Zəngəzur və Qarabağ mahalında yerləşən sovxoz və kolxozları bu dağlara tərakama köclərini gətirər Qışda isə Azərbaycanın rayonlarına köç edərdilər beləliklə Aran-Yaylaq ömür sürərdilər. Kənddən 3 km aralıda Abuzər piri yerləşirdi deyilənə gorə Abuzər adında bir şərkərdənin qəbiri orda yerləşir. Bütün yerli əhali Abuzər pirinə inanar və bir ocaq kimi niyyətlərinin yerinə yetməsi üçün orda Allaha sitayiş edərdilər.Kənd bir tərəfdən Quzey, o biri tərəfdən Güney daglarının qoynunda yerləşirdi. Dərdlərə Dərman Təmiz dağ havası, dağda bitən təbabətə yararlı bitki və meyvələri ilə, Canlara dəva səfaf cürbəcür xüsisiyətə və tərkibə malik bulaq suları ilə zəngin idi. Turşsu bulağının Qazlı mineral suyu ora gələnləri valeh edərdi, iştah gətirən xussusiyəti vardı və tanıyanlar arasında məşhur idi. Ərəfsə kəndinin ətrafindakı dağlarda qızıl və Boz qranit yataqları var idi. Ermənistan SSR o vaxtı həmin yataqları aşkar etmiş ancaq həmin dövürdə istismar etməmişdi. (İnamiramkı indi Mərcanlı Düzündə və Salvartı dağı istiqamətində olan qızıl yataqları və Kəndin giriş hisəsində olan boz qranit yataqları hal hazırda istismar edilməsin).


Tarix: 06.02.2015 / 19:22 Müəllif: Feriska Baxılıb: 169 Bölmə: Qərbi Azərbaycan